16 avqust

Dünyada olan hadisələr

1543 – Barbaros Hayreddin Paşa Tunisi fəth edib.

1556 – Süleymaniyyə məscidi (Süleymaniye Camii) İstanbulda təntənəli surətdə açılıb.

1732 – Admiral Şambeinin komandanlığı altında Malta donanması Dumyat döyüşündə Osmanlıları məğlub etib.

1788 – Fransanın maliyyə naziri L. de Brienn ölkəni iflas elan edib.

1811 – Xarici işlər naziri Hersoq de Bassanonun I Napoleona 1812-ci ilin iyununda Rusiyaya hücumun başlanğıcını təyin etmə ehtiyacı haqqında hesabatı.

1812 – 1812-ci il Vətən Müharibəsi: M.B.Barklayın komandanlığı altındakı rus ordusunun Napelon qoşunları ilə Smolenskin müdafiəsi uğrunda döyüşü olmuşdur.

1812 – İngilis-Amerika Müharibəsi: Amerikalı general William Hull, Fort Detroiti İngilis ordusuna döyüşmədən təslim etmişdir.

1819 – Mançester qətliamı. İngiltərədə ümumi seçki hüququ tələb edən mitinqdə hakimiyyət gücləri ilə toqquşma zamanı süvarilər və polislər mitinqçilərə qarşı qətliam törətmişlər.

1857 – Kanadada borca ​​görə həbs cəzası ləğv edilib.

1858 – Avropadan Amerikaya ilk teleqram göndərilib.  ABŞ prezidenti Ceyms Bükenen (James Buchanan) okeanı aşan ilk teleqraf danışığını İngiltərə kraliçası Viktoriya (Victoria) ilə edib.

1868 – Perunun Arica şəhəri (indi Çilinin bir hissəsi) 8,5 bal gücündə zəlzələdən sonra sunami nəticəsində viran olmuş, ümumilikdə 70 min insan ölmüşdür.

1896 – Kanadanın şimali-qərbində, Klondaykda qızıl yatağı kəşf edilməsi ilə bölgəyə "qızıl hərisliyi axını" başlamışdır.

1913 – Yaponiyanın Tohoku İmperator Universiteti (indiki Tohoku Universiteti) ilk qadın tələbəsini qəbul edib.

1929 – Mancuriyada Çin və Sovet əsgərləri arasında silahlı toqquşma olmuşdur.

1930 – İlk səsli rəngli cizgi filmi yaradılıb.

1933 – Alman nasist lideri German Gering Prussiyada viviseksiyonu (canlı heyvanlar üzərində əməliyyatlar) qadağan edib.

1938 – Kominternin İcraiyyə Komitəsi, faşist agentlərin partiyaya sızması ilə əlaqədar olaraq, Polşa Kommunist Partiyasını ləğv etmək qərarına gəlmişdir.

1941 – SSRİ-də Qızıl Ordu hərbçilərindən hansının Vətən xaini sayılmalı olduğuna dair dəqiq bir tərif verən məşhur 270 nömrəli əmr imzalanıb.

1945 – Moskvada, SSRİ və Polşa 1919-1920-ci illərdə geri təklif olunan "Curzon xətti" nə əsaslanan Sovet-Polşa sərhədi haqqında müqavilə imzaladılar.

1950 – Müasir İndoneziya parlamentinin – Xalq Nümayəndələri Şurasının ilk iclası keçirilib.

1960 – Joseph Kittinger təxminən 32 kilometr yüksəklikdən paraşütlə tullanmışdır. Əsas paraşütün açılmasından 4,5 dəqiqə əvvəl o, 988 km/saat sürət yığmışdır. Ancaq Kittinger kiçik bir sabitləşdirici paraşütdən istifadə etdiyi üçün bu nailiyyət dünya rekordu sayılmadı.

1960 – Kipr Respublikası müstəqilliyini elan edib.

1960 – Beynəlxalq Astronavtika Akademiyası qurulub.

1965 – Boeing 727-nin Miçiqan gölündə 30 nəfərin ölümü ilə nəticələnən ilk qəzası baş verib.

1972 – Torontoda (Kanada) Çin istehsalçılarının Qərb dünyasına ilk dəfə tanıdan Milli Sərgi açılıb.

1976 – Eldar Ryazanovun "Taleyin ironiyası və ya həmişə təmizlikdə!" («Ирония судьбы, или С лёгким паром!») komediya filmi böyük ekrana çıxıb.

1978 – Şri-Lanka özünü sosialist respublikası elan edib.

1987 – Detroitdə 156 adamın ölümünə səbəb olan MD-82 aviaqəzası baş verib. Sesilia Siçan adlı 4 yaşlı qız qəzadan sağ çıxmışdır.

1988 – IBM şirkəti Süni İntellekt üçün proqram təminatı yaratmışdır.

1991 – II İohann Pavel Roma papaları tarixində ilk dəfə olaraq Macarıstana səfər edib.

1992 – Rusiya milli futbol komandası müasir tarixində ilk matçını keçirib. Moskvada rusiyalı futbolçular Meksika millisini 2:0 hesabı ilə məğlub ediblər.

1995 – Bermud adaları əhalisinin əksəriyyəti referendumda müstəqilliyin əleyhinə və İngiltərənin müstəmləkəsi statusunu qorumağa səs verdi.

2005 – Kolumbiyanın West Carribean Airways şirkətinin McDonnell Douglas MD-82 təyyarəsi qasırğa zamanı Venesuelada qəzaya uğrayıb, 160 nəfər ölüb.

2008 – Yamaykalı atlet Hüseyn Bolt Pekində keçirilən 2008 Yay Olimpiadasında 9.69 saniyə ilə 100 metrlik dünya rekordunu qırıb.

2009 – Yamaykalı atlet Hüseyn Bolt Berlində keçirilən Atletika üzrə Dünya Çempionatında 9.58 saniyə ilə 100 metrlik dünya rekordunu qırıb.

2015 – İndoneziyada Trigana Air Service şirkətinin ATR 42 təyyarəsi qəzaya uğrayıb, 54 nəfər ölüb.


Bayramlar və xüsusi günlər

  • Dominik Respublikası Yaradılması Günü.
  • Kiprin Müstəqillik Günü.

Doğumlar

980 – İbn Sina, türk əsilli filosof, şair, həkim, musiqiçi (ö. 1037).

1055 – Məlikşah, Büyük Səlçuqlu Dövlətinin Hökmdarı (ö. 1092).

1645 – Jan de Labryuyer, fransız yazıçısı (ö. 1696).

1650 – Vincenzo Koronelli, italyan kartoqraf və ensiklopedist (ö. 1718).

1682 – Lyudvik Burgundskiy, Fransa taxtının varisi (ö. 1712).

1832 – Wilhelm Wundt, Alman psixoloq, fizioloq, filosof və dilçi (ö. 1920).

1845 – Gabriel Lippmann, fransız fiziki, Nobel mükafatı laureatı (1908) (ö. 1921).

1902 – Yuriy Rerix, rus şərqşünası, dilçi, filoloq, sənətşünas, etnoqraf, səyyah (ö. 1960).

1904 – Uendel Stenli (Wendell Stanley), Amerikalı biokimyaçı, Kimya üzrə Nobel mükafatı laureatı (1946) (ö. 1971).

1920 –  Çarlz Bukovski (Charles Bukowski), "Sıravi dəlilik əhvalatları" başda olmaqla bir çox məşhur əsərə imza atan yazıçı.

1925 – Bəxtiyar Vahabzadə, Azərbarbaycanın xalq şairi, AMEA-nın həqiqi üzvü, akademik, dramaturq, ictimai xadim, Dövlət Mükafatı laureatı, “İstiqlal” ordenli sənətkar (ö. 2009).

1925 – Şıxəli Qurbanov, Azərbaycanın tanınmış yazıçısı və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri. Mərkəzi Komitənin baş katibi vəzifəsində çalışan zaman xalqın milli bayramı olan Novruzun rəsmi keçirilməsinə nail olub. Bakıda fəaliyyət göstərən Musiqili Komediya Teatrı Şixəli Qurbanovun adını daşıyır (ö. 1967).

1934 — Pyer Rişar, fransız aktyor və rejissor.

1939 – Valeri Ryumin, Sovet kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı.

1947 – Gennadi Sıqankov, sovet xokkeyçisi, iki qat Olimpiya çempionu, altı qat dünya çempionu (ö. 2006).

1954 – Ceyms Kemeron, Kanadalı rejissor, Oskar, Qızıl Qlobus və bir çox başqa mükafatların sahibi

1958 – Madonna (əsl adı Louise Veronica Ciccone), Amerikalı müğənni, rəqqas, aktrisa, bir çox mükafatların sahibi.

1962 – Steve Carell, Amerikalı komediyaçı, Qızıl Qlobus Mükafatı laureatı.

1969 – İqor Korobçinski, ukraynalı gimnast, Olimpiya çempionu (1992), dəfələrlə dünya çempionu.

1974 – Kristina Egerseqi, macar üzgüçü, 5 qat Olimpiya çempionu.

1979 – Fu Minsya, Çinli dalğıc, 4 qat Olimpiya çempionu

1979 – Halil Sezai Paracıkoğlu, türk aktyor, musiqiçi, mahnı müəllifi və bəstəkar.

1996 – Kaleb Dressel, amerikalı üzgüçü, ikiqat Olimpiya çempionu, dəfələrlə dünya çempionu.