İki il yarımdır ki, müharibə qurtarıb, haqq, ədalət zəfər çalıb, torpaqlarımız işğalçılardan azad edilib, erməni ideoloqları tərəfindən süni yaradılan erməni mifi dağıdılıb, düşmənin hərbi və ideoloji dayaqları uçurulub, silahlı qüvvələri məğlubiyyətə uğradılıb.
Döyüş meydanında uduzan Ermənistan zəbt etdiyi torpaqlarımızı başdan-başa minalamaqla xain niyyətindən əl çəkməyib. Qeyd edək ki, minalar yer üzündə mövcud olan ən "çirkli" silahdır. Təxmini hesablamalara görə, erməni işğalçıları torpaqlarımıza bir milyondan çox mina basdırıblar, bilərəkdən yurd yerlərimizi ölümsaçan qurğularla zəhərləyiblər.
Ermənistan Gümrüdəki zavodda mina istehsalını bu gün də davam etdirir və imkan daxilində Azərbaycan ərazilərini minalamaq cəhdlərindən əl çəkmir. Keçən ilin avqustunda Sarıbaba kəndi istiqamətində yaşanan gərginlik zamanı minalanma problemi özünü qabarıq şəkildə göstərdi. Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edildi. Müdafiə Nazirliyinin məlumatına görə, təkcə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E markalı piyada əleyhinə mina bölmələrimiz tərəfindən aşkar edilərək zərərsizləşdirilib. Ötən ilin avqust ayından keçən müddətdə Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı olan minalar (ümumilikdə 2728) aşkar edilib. Hərbi mütəxəssislərin hesablamalarına görə, son 32 ildə Azərbaycanın 3 min 360-dan çox vətəndaşı Ermənistan tərəfindən basdırılan minaların qurbanına çevrilib. Onlardan 294 nəfəri müharibə başa çatdıqdan sonrakı dövrdə xəsarət alıb və ya həyatlarını itirib. Təəssüflər olsun ki, bu barədə bölgədə sülhü və sabitliyi yaratmaq vəzifəsini üzərinə götürən, müvəqqəti nəzarət zonasında olan Rusiya sülhməramlı kontingenti tərəfindən rəsmi məlumat verilmir. Danılmaz faktdır ki, Qarabağda ermənilərin yaşadığı ərazilərdə minalanma halları var və özü də bu proses Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yol 2023-cü il martın 25-dək ermənilərin və rusların nəzarətində olub. Amma Azərbaycan Ordusu o ərazilərə yerləşdikdən sonra həmin kənddə mina partlayışı baş verdi. Bu, onu göstərir ki, həmin ərazi erməni kəşfiyyat-diversiya qrupları tərəfindən minalanıb. Xalqımız erməni təxribatlarının qurbanına çevrilən övladlarının itkisinə görə haqlı olaraq tələb edir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti erməni cinayətlərinə səssiz qaldığı və bu proseslərin qarşısının alınması üçün tədbirlər görmək əvəzinə erməni silahlılarına kuryerlik etdiyi üçün Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılsın.
Şanlı qələbədən sonra ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, koridorların açılması və sonrakı mərhələdə isə hökumətin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərin, kəndlərin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları uğurla yerinə yetirilir. Həm sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi, həm də gələcəkdə Böyük Qayıdışdan sonra insanların öz dədə-baba yurdlarında rahat və təhlükəsiz yaşamalarını təmin etmək ən ümdə vəzifə kimi qarşıda dayanır. Hazırda minaaxtaranlar eyni zamanda, ikinci dərəcəli yolların, su xətlərinin, kanalların, kənd təsərrüfatı təyinatlı ərazilərin minalardan təmizlənməsi işlərini də həyata keçirirlər. Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə minatəmizləmə bir neçə üsulla aparılır. Bir qrup mütəxəssis xüsusi detektorlar vasitəsilə zolaqların açılması və ərazilərin təmizlənməsi üçün uzaqdan idarə olunan minatəmizləmə texnikaları ilə çalışır. Burada tank, piyada əleyhinə mina, hətta müxtəlif yerlərdə xüsusi asılmış minalar aşkarlanır. Mütəxəssislər deyir ki, elə hallarla rastlaşırıq ki, tank əleyhinə minanın üstündə piyada əleyhinə mina basdırılıb. Hətta bir minanın yanında üç mina aşkar edilir. Düşmən hər vasitə ilə çalışıb ki, azad edilmiş yurd yerlərinə qayıdan dinc azərbaycanlılar daha çox itki ilə üzləşsinlər. Qarşıya qoyulmuş tapşırıqları fədakarlıqla yerinə yetirən yerli minaaxtaran qruplarla yanaşı, qardaş Türkiyədən gəlmiş mütəxəssislər də fəlakətin aradan qaldırılması ilə