Peşəkar Futbol Liqasının prezidenti Xankəndiyə gedən yolda qəzaya düşüb
Gündəm

Peşəkar Futbol Liqasının prezidenti Xankəndiyə gedən yolda qəzaya düşüb

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

"Respublika" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Nəticədə sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının prezidentidir.