Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə edilir
Gündəm

Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə edilir

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

"Respublika" xəbər verir ki, bu barədə  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda yollardakı vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, "Çermet" körpüsündən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. "20 Yanvar" dairəsində;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

6. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

7. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.