Azərbaycanda olan hadisələr
1473 – Fateh Sultan Mehmetin başçılıq etdiyi Osmanlı ordusu Otluqbeli döyüşündə Həsən bəy Bayandurun başçılıq etdiyi Ağqoyunlular ordusunu məğlub etmişdi.
2006 – "Xəzər Lənkəran" futbol klubuna məxsus Xəzər Lənkəran Mərkəzi Stadionu istifadəyə verilib.
2012 – XXX London Yay Olimpiadasında Toğrul Əsgərov və Şərif Şərifov Azərbaycana iki qızıl medal qazandırıb. Bu, ölkəmizin idman tarixində ilk belə hadisə idi.
Dünyada olan hadisələr
E.ə. 3114 – Maya təqvimində Uzun Hesabın başlanğıcı.
E.ə. 480 – Fars ordusu ilə yunanlar arasındakı Termopil döyüşü baş vermişdir.
117 – Roma imperatoru Publius Aelius Hadrianın hakimiyyətə gəlmişdir.
1378 – Rus ordusu Voje çayı döyüşündə ilk dəfə olaraq Qızıl Ordanı məğlub etmişdir.
1480 – Ahmet Paşanın komandanlığı altında olan Osmanlı Donanması İtaliyanın Otranto limanını ələ keçirib.
1492 – VI Aleksandr Roma Papası seçilmişdir.
1707 – Prussiya və İsveç "Əbədi İttifaq" qurmuşlar.
1767 – İngiltərədə sonuncu dəfə diri-diri yandıraraq edam cəzası tətbiq olunmuşdur.
1791 – Rus-Türk müharibəsinin (1787-1791) son dəniz döyüşü olmuşdur. Admiral Fyodor Fyodoroviç Uşakovun komandanlığı altında olan rus donanması Kaliakria döyüşündə türk eskadronunu məğlub etmişdir.
1804 – Avstriya imperiyası qurulmuşdur.
1863 – Fransa Kamboca üzərində protektoratını qurmuşdur.
1906 – Fransız Eugene Augustin Lost İngiltərədə film üçün səs yazma texnikasını patentləşdirmişdir.
1909 – Nyu-Yorkdan Jacksonvilə üzən Arapaoe gəmisi dünyada ilk dəfə SOS siqnalını vermişdir.
1914 – Birinci Dünya Müharibəsində İngiltərə Kral Donanmasından qaçarkən Çanaqqala boğazından keçərək Osmanlı İmperatorluğuna sığınan Alman döyüş gəmiləri “Goeben” və “Breslau”-nun satın alındığı elan edildi.
1919 – Veymar Respublikası konstitusiyası qəbul edilmişdir.
1922 – 1848-ci ildə professor August Heinrich Hoffmann Fon Fallersleben tərəfindən yazılan "Deutschland, Deutschland Huber Alles" şeirlərinin ilk bəndini Alman marşının sözləri olaraq təsdiq edilmişdir. Marşın musiqisi, Joseph Haydn tərəfindən 1797-ci ildə Avstriya İmperiyasının himni olaraq yazılmış bir melodiyadır. İkinci Dünya Müharibəsindən sonra marş ləğv edilmişdir, lakin 1950-ci ildə üçüncü bəndin sözləri ilə yenidən bərpa edilmişdir. Bu gün vahid Almaniyanın himnidir.
1923 – İsmət İnönü Lozan Müqaviləsini imzaladığı qələmi İstanbul Universitetinə hədiyyə edib.
1926 – Kodak şirkəti rəngli film istehsalı üzərində işə başladığını elan edib.
1929 – İranla İraq arasında dostluq müqaviləsi imzalanıb.
1929 – Sürixdə Yəhudilərin Fələstinə Göndərilməsi Agentliyi yaradılıb.
1949 – SSRİ rəhbərliyi Yuqoslaviyanı müttəfiq hesab etməyi dayandırdığını elan edib.
1952 – İordaniya Məclisi kral Talalı şizofreniya xəsətliyi səbəbilə hakimiyyətdən uzaqlaşdırmış, onun yerinə oğlu Vəliəhd Şahzadə Hüseyni kral seçmişdir.
1959 – Moskvada Şeremetyevo beynəlxalq hava limanının açılışı olub.
1960 – Fransız Çad koloniyası müstəqillik qazanıb və Çad Respublikası olub.
1962 – Göyərtəsində üçüncü Sovet kosmonavtı Andrian Nikolaev olan Vostok-3 kosmik gəmisi buraxılıb.
1963 – Türkiyədə Çatalköydə e.ə. 8000-ci illərə aid olan əşyaların tapılması açlqlanmışdır.
1973 – Mərkəzi Televiziya, Yulian Semyonovun povesti əsasında Tatyana Lioznova tərəfindən səhnələşdirilən "Baharın On yeddi Anı" serialını göstərməyə başlayıb.
1975 – ABŞ Vyetnamın BMT-yə daxil olmasına veto qoyub.
1979 – Dneprodzerjinsk üzərində sərnişin təyyarələrinin toqquşması nəticəsində Özbəkistanın "Paxtakor" komandasının 17 üzvü də daxil olmaqla 178 nəfər həyatını itirmişdir.
1984 – ABŞ prezidenti Ronald Reyqan, mətbuat konfransından əvvəl mikrofonu sınayaraq mikrofonun açıq olduğunu bilmədən bütün ölkəyə elan etdi: “Əziz amerikalılar, Rusiyanı sonsuza qədər qadağan edən qanunu imzaladığımı bildirməkdən məmnunam. Bombardman beş dəqiqədən sonra başlayacaq ".
1981– Kopenhagendə (Danimarka) "Svis air" avaiaşirkətinin ofisinin qarşısında iki partlayıcının işə düşməsi nəticəsində ofisə ciddi ziyan dəyir, bir nəfər amerikalı turist yaralanır. Partlayışlara görə məsuliyyəti erməni terror təşkilatı olan "9 iyun təşkilatı" öz üzərinə götürür.
1994 – Fidel Castro Kubanı tərk etməklə bağlı məhdudiyyətləri qaldırdı və nəticədə çox sayda insan dərhal ölkəni tərk etmək istədi. Avqustun sonuna qədər 20 min vətəndaş ölkədən ayrıldı.
1995 – Səudiyyə Ərəbistanında 4 Türkiyə vətəndaşının qılıncla başı kəsilərək edam edildi. 14 avqustda eyni üsulla daha 2 Türkiyə vətəndaşı edam edildi. 17 avqustda Baş nazir Tansu Çiller edamları dayandırmağa Prof. Dr. Nevzat Yalçıntaşı Səudiyyə Ərəbistanına xüsusi elçi olaraq göndərdi. 20 avqustda Səudiyyə hökuməti edamları dayandırdığını elan etdi.
1999 – Kanzas əyalətində Çarlz Darvinin təkamül nəzəriyyəsinə dair mühazirələri dövlət məktəblərinin proqramlarından çıxarıldı.
2003 – NATO Əfqanıstanda beynəlxalq sülhməramlı qüvvələrə komandanlıq etməyə başlamışdır.
2011 – Çelyabinsk bölgəsində iki qatar qəzaya uğradı.
2020 – Koronavirus epidemiyasına qarşı ilk peyvənd Rusiya Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alındı.
Bayramlar və xüsusi günlər
- Zimbabvenin Milli Qəhrəmanlar Günü.
- Latviya Azadlıq Döyüşçülərinin Anım Günü.
- Çadın Müstəqillik Günü.
Doğumlar
1081 – V Henri, Almaniya Kralı (1106-1125), Müqəddəs Roma İmperatoru (1111-1125) (ö. 1125).
1778 – Fridrix Lüdviq Yan, alman müəllimi, "müasir gimnastikanın atası" (ö. 1852).
1826 – Andrew Jackson Davis, amerikalı din xadimi və okkultist, Amerika spiritizminin banisi (ö. 1910).
1837 – Marie Carnot, Fransa Prezidenti olan mühəndis (1887-1894) (ö. 1894).
1858 – Christian Eikmann, Hollandiyalı həkim, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı (1929) (ö. 1930).
1907 – Konstantin Rodzaevski, Ümumrusiya Faşist Partiyasının lideri (1931-1943) (1946-cı ildə güllələnib).
1926 – Aaron Klug, İngilis və Cənubi Afrikalı alim, biokimyaçı, Nobel mükafatı laureatı (ö. 1982).
1939 – Anatoli Kaşpirovski, sovet psixoterapevti.
1943 – Pərviz Müşərrəf, Pakistanın 10-cu Prezidenti (2001-2008).
1946 – Marilyn vos Savant, amerikalı yazıçı, dünyanın ən yüksək IQ səviyyəsinə sahib qadın.
1947 – Stüart Qordon, amerikalı rejissor, ssenarist və prodüser.
1950 – Steve Wozniak, amerikalı proqramçı, Apple şirkətinin qurucularından biri.
1950 – Gennadi Nikonov, Sovet, Rus silah dizayneri, AN-94 “Abakan” avtomatının yaradıcısı (ö. 2003).
1955 – Nur Yerlitaş, Türk modelyer.
1977 – Vladimir Ponomarev, Rus cizgi filmlərinin rejissoru.
1988 – Volkan Babacan, Türk futbolçu, qapıçı.