Çinin Tibet bölgəsində qar uçqunu ölümlə nəticələnib
Gündəm

Çinin Tibet bölgəsində qar uçqunu ölümlə nəticələnib

Çinin Tibet muxtar rayonundakı Şişabanqma dağında baş verən qar uçqunu nəticəsində 2 alpinist ölüb, digər ikisi itkin düşüb.

"Respublika" muxtar rayonun idman qurumunun açıqlamasına istinadla xəbər verir ki, hadisə oktyabrın 7-də günortadan sonra təxminən 7 min 600 metr yüksəklikdə baş verib. Ölənlərdən biri ABŞ, digəri isə Nepal vətəndaşıdır. Elə itkin düşənlər də ABŞ və Nepal vətəndaşlarıdır. Nepaldan olan digər alpinist isə ciddi xəsarət alıb.

Hazırda xilasedicilər hadisə yerində axtarış aparırlar. Şişabanqma dağında alpinizm fəaliyyəti dayandırılıb.