Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.
"Respublika" xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda yollardakı vəziyyət belədir:
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Binəqədi şosesi, metronun "Azadlıq Prospekti" stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.