DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Gündəm

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə anıb, məzarları üzərinə qərənfillər düzüblər.

"Respublika" xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.