Fransa daxili problemləri ilə məşğul olsa, daha yaxşı olar
"Demokratiyanın beşiyi". Uzun illər Fransanı biz belə tanımışıq: "demokratik ölkə". Son illərin hadisələri isə onu göstərir ki, Fransanın demokratiya ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəkləyən, soyqırımı müdafiə edən bir ölkəni necə "demokratik ölkə" adlandırmaq olar? Otuz ilə yaxın bir müddətdə biz bu ölkənin adını ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi çox eşitmişik. Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli missiyasını üzərinə götürən üç ölkədən biri olan Fransa sən demə, sülh, barışıq istəmirmiş.
Bu illərdə o, heç vaxt ədalətli mövqe tutmadı. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizmi törədib. Amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçılıq siyasətinə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi, Şuranın 5 daimi üzvündən biri olmasına baxmayaraq. Əksinə, Azərbaycan 44 gün ərzində Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar Ermənistana dəstək verdi.
Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir və bunun üçün hər oyundan çıxır. Regionda təhlükəsizlik üçün təhdid olan Ermənistan-Azərbaycan konfliktinin 30 ilə yaxın bir müddətdə həllini tapmamasının əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olub.
Fransanın tarixinə qısaca nəzər... XVII əsrin əvvəllərindən başlayaraq fransızlar Şimali Amerikanı işğal ediblər. 1663-cü ildə Kanada bütövlükdə Fransa səltənətinə daxil edilib. XVII əsrin 30-cu illərində Qvadelupa, Martinika və Haitinin bir hissəsi işğal olunub. Yerli əhalinin böyük əksəriyyəti qətlə yetirilib, Avropanın və Amerikanın qul bazarlarında satılıb. Afrika da XVII əsrdən etibarən fransızların işğalına məruz qalıb. Əhali zorla digər fransız koloniyalarına köçürülüb və s. Ermənistanın ərazi bütövlüyü tələbini hər fürsətdə səsləndirən Fransa, Qəmər Adaları İttifaqının ərazisi olan Mayotu işğal altında saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də, Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Həmçinin müstəmləkəçi siyasətdən əl çəkməyərək artıq uzun müddətdir ki, öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyaya da azadlıq vermir. Fransa senatında beynəlxalq normaları pozaraq Azərbaycan əleyhinə indiyə kimi qəbul edilən qətnamə isə iki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanmış "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə"yə ziddir. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev digər bir məqama da diqqət çəkib: "Biz, həmçinin Fransanı Afrika, Cənubi-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq". Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də, Əlcəzair "1,5 milyonluq şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub. Ruanda və digər yerlərdə də fransızlar soyqırımı törədiblər və indi bunlara hüquqi qiymət verilməsinin zamanı çatıb. Atalar məsəlində deyildiyi kimi, "Örkən nə qədər uzun olsa da, bir gün gəlib doğanaqdan keçər". Bəli, Fransa da törətdiyi cinayətlərə görə yəqin ki, nə vaxtsa cavab verəcək.
Bir reallıq var, Fransa artıq Şimali Afrikada öz nüfuzunu itirib və heç bir ölkə rəsmi Parislə hesablaşmaq istəmir. "Ərəb baharı" adlanan rəngli inqilabların Qərbdən idxalı prosesindən əziyyət çəkmiş Misir, Tunis, Əlcəzair, hətta Liviya