"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyərək əməli siyasi fəaliyyəti ilə bunu sübut edən ümummilli lider Heydər Əliyev ömrünün 50 ilindən çoxunu xalqın taleyi ilə sıx bağlamışdır. İqtisadiyyatımızda, milli ideologiya və mənəviyyatımızda, mədəniyyətdə, elmdə, təhsildə, səhiyyədə və digər sahələrdə misilsiz xidmətləri olmuş dünya şöhrətli şəxsiyyətin titanik fəaliyyəti heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir.
Tanrının Azərbaycan xalqına bəxş etdiyi nemətlərdən biri müstəqil Azərbaycan dövlətidirsə, digəri Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev fenomenidir. Mənalı ömrünü Vətənimizdə qurub-yaratmağa həsr etmiş ümummilli lider Heydər Əliyevin gərgin və əməli fəaliyyəti nəticəsində mühüm geostrateji ölkə kimi dünyanın Azərbaycana diqqəti daha da artdı. Bu müdrik insanın, Qafqazda sülh ideyasının alovlu təbliğatçısının səyləri və qətiyyətli mövqeyi sayəsində milli dövlətçiliyimizi qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda demokratiyanın inkişafına, insan və vətəndaş hüquqlarının bərqərar edilməsinə nail olundu, iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ölkəmizdə asayiş bərqərar oldu.
Ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən - Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən sovet hakimiyyətinin bütün təqib və təzyiqlərinə rəğmən dövlətimizin suverenliyinə, xalqımızın milli qurtuluşuna gedən yolun təməlini qoyur, şüurlarda, beyinlərdə həmin günlərin toxumlarını cücərdirdi. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.
1980-ci illərin sonlarında sovet imperiyasının süqutunun yaxınlaşdığını görən keçmiş SSRİ rəhbərləri Heydər Əliyevin Azərbaycanın gələcək taleyində oynayacağı həlledici rolu, həyata keçirəcəyi tarixi missiyanı da aydın şəkildə görür və dərk edirdilər. Həmin dövrdə ulu öndər Heydər Əliyevə qarşı başladılan təqib və təzyiq kampaniyasının kökündə məhz bu qüdrətli lideri Azərbaycanda baş verən və baş verəcək hadisələrə təsir imkanlarından məhrum etmək, xalqımızı milli müstəqilliyə gedən yoldan, suverenlik uğrunda mübarizədən çəkindirmək, həmçinin tarixi torpaqlarımızın mənfur qonşumuz tərəfindən işğalına zəmin yaratmaq dayanırdı.
Təəssüf ki, 1990-cı illərin əvvəllərində, müstəqilliyimizin ilk illərində ulu öndərimizin siyasi hakimiyyətdə olmamasından fürsət kimi istifadə edilərək bu çirkin planın həyata keçirilməsinə başlanıldı. Əfsuslar olsun ki, Azərbaycanı bir dövlət kimi məhvə sürükləyən bu bədxah fəaliyyətə ölkə daxilindən rəvac verənlər də tapıldı. Amma bütün bunlar dünya siyasətinin fenomeni, müdrik şəxsiyyət Heydər Əliyevi tutduğu haqq yolundan, xalqa, dövlətə təmənnasız xidmət amalından döndərə bilmədi. Qədirbilən, müdrik Azərbaycan xalqı isə belə bir ağır şəraitdə onu bütün bəlalardan yalnız və yalnız Heydər Əliyevin xilas edəcəyini bir daha yəqinləşdirdi.
Xalqın çağırışı ilə Bakıya dönən böyük rəhbər Heydər Əliyev 15 iyun 1993-cü ildə hamılıqla Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin tarixi iclasda etdiyi çıxışında ümummilli lider Heydər Əliyev dövlətimizin inkişaf strategiyasını müəyyənləşdirdi, bir xalq olaraq hədəflərimizi, gedəcəyimiz yolu inamla bəyan etdi. Bu tarixi hadisə xalqımızın inamını özünə qaytardı. Qədirbilən və müdrik xalqımız hələ rəsmən elan edilməmiş, həmin tarixi məhz "Qurtuluş Günü" adlandırmağa başladı. 1997-ci ildə Milli Məclis xalqın bu arzusunu, ülvi niyyətini gerçəkləşdirdi. 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş Günü kimi təqvimə daxil edildi. Ötən dövr ərzində tarix dəfələrlə sübut etdi ki, xalqın arzusu ilə Milli Məclisin qəbul etdiyi bu qərar müdrik və uzaqgörən bir addım olmuşdur.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra davamlı inkişaf strategiyasını praktikada daha əsaslı surətdə tətbiq etdirərək həqiqi mənada ölkədə milli yüksəlişə nail oldu. 90-cı illərin əvvəlində tüğyan edən separatçılıq, etnik parçalanma meyillərinin ölkənin varlığı üçün yaratdığı real və ciddi təhlükə yalnız Heydər Əliyevin Azərbaycanın rəhbəri olduqdan sonra elan etdiyi və qətiyyətlə həyata keçirdiyi azərbaycançılıq ideologiyası sayəsində dəf