ADA Universitetində 2021-ci il aprelin 13-də təşkil olunan "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri ilə yanaşı, mühüm mesajların da çatdırılması ilə yadda qalıb. Konfrans regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan da çox uğurlu olub. Azərbaycan Prezidenti İlham Əliyevin, eyni zamanda dünyanın siyasi arenasında kifayət qədər tanınmış beynəlxalq ekspertlərin və rəsmi qonaqların da iştirak etdiyi bu konfransda ölkəmizin tutduğu mövqeyini dəyişməyəcəyi, hərbi və siyasi uğurdan vaz keçməyəcəyi də vurğulanıb.
"İlk olaraq belə bir tədbir təşkil etdiyinə görə ADA Universitetinə, cənab Paşayevə minnətdarlığımı bildirmək istəyirəm. Şadam ki, Universitet qısa zaman ərzində geniş beynəlxalq əlaqələr qurub. Mən, eyni zamanda, tədbirin iştirakçılarına minnətdarlığımı bildirirəm. Belə ki, müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı çıxışında deyib. Qeyd edib ki, 30 ildir Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də onların həmrəyliyini görürük.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında müharibədən sonrakı vəziyyətin həssas olduğunu, atəşkəsə əməl olunsa da, müəyyən sualların olduğunu deyib. Bildirib ki, Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri, Xocalı soyqırımını və günahsız qurbanları unuda bilmərik, bu, yaddaşımızda yaşayacaq. Biz artıq gələcəyə baxmalıyıq. Ermənilərin bizim kənd və şəhərləri necə viran qoyduqlarını gözlərimizlə gördük, onlar istəyirdilər ki, Azərbaycan mədəniyətinin izini itirsinlər, ancaq alınmadı.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən hər bir tədbir miqyasından və istiqamətindən asılı olmayaraq beynəlxalq ictimaiyyətin diqqətini həmişə cəlb edib. Konfransda iştirakçılar tərəfindən irəli sürülmüş Qarabağda beynəlxalq konfransın keçirilməsi təklifini Prezident müsbət qiymətləndirmişdi. Konfrans iştirakçılarının əksəriyyəti tanınmış ekspert, tədqiqatçı, geopolitiklər idi. Prezidentin iti zəkası, müdrikliyi, təmkinliliyi, uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və güclü diplomatik bacarığı onun cavablarında aydın ifadə olunurdu. Dünyada və bölgədə gedən geosiyasi prosesləri dərindən və mərhələli şəkildə analiz etmək qabiliyyətinə malik və özünəməxsus xarizma ilə hər bir suala zərgər dəqiqliyi ilə mükəmməl cavab vermək ancaq nadir dünya liderlərinə xas olan xüsusiyyətdir.
Dünyanın nüfuzlu beyin mərkəzlərinin rəhbərlərinin iştirak etdiyi ilk belə konfransda region ölkələrinə və beynəlxalq ictimaiyyətə mühüm mesajlar verən dövlətimizin başçısı bir daha bildirdi ki, ermənilər işğal etdikləri ərazilərdə Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları yaddaşlarımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək istəyirdilər. Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. İndi regionda tamamilə yeni reallıqlar yaranıb. Hazırda qarşıda duran mühüm vəzifələrdən biri əsl həqiqətlərin, müharibədən sonra bölgədə yaranan yeni reallıqların beynəlxalq auditoriyaya dürüst şəkildə çatdırılmasıdır.
Qeyd etmək lazımdır ki, konfransın ilk günündə Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfərin təşkil olunması tədbir iştirakçılarına erməni vandalizmi və erməni faşizminin əsl mahiyyəti haqqında daha dolğun təəssürat və bitkin məlumat əldə etməyə imkan yaratmış oldu. Konfransın ikinci günü onlar bu təəssüratı öz açıqlamalarında da əks etdirdilər. Konfrans iştirakçılarının həmin forumun əhəmiyyətinə dair səsləndirdiyi fikirlərdə bundan sonra Şuşanın təkcə bəşər mədəniyyətinə verdiyi töhfəsinə görə deyil, həm də diplomatik problemlərin çözüm mərkəzi, paytaxtı olacağı barədə əminlik ifadə edilirdi. Əslində, möhtərəm Prezidentimizin bu diplomatik forumda dünyanı düşündürən və dünyanın ən aktual çağırışlarını, xüsusilə də Qafqazın bu günü və gələcəyi ilə bağlı problemləri özündə ehtiva edən sualları cavablandırması təkcə bölgə əhalisi üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün çox önəmli idi.
Azərbaycanın indiyədək bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyi və beynəlxalq