Hər kəsin doğulduğu andan etibarən toxunulmaz hüquqları və azadlıqları var. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini özündə ehtiva edir. Beynəlxalq aləmdə insan haqları BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsi ilə qanuniləşdirilib. Bu sənəddə qeyd olunub ki, hər bir insan onun mənsub olduğu irqdən, cinsindən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, insan haqlarına və azad olmaq hüququna malikdir. Vətəndaşın hüquqları isə onun mənsub olduğu dövlət tərəfindən müdafiə olunur. Ölkələrin konstitusiyalarında da insan haqları hüquq kimi xarakterizə edilir.
Dünyada söz sahibinə çevrilən Azərbaycanda da insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, bir sıra uğurlu islahatların aparılması insan hüquqlarının müdafiəsi baxımından mühüm təcrübənin formalaşmasına imkan yaradıb. Azərbaycanın müasir inkişaf dövründə insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu isə sözsüz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, respublikamızda insan hüquq və azadlıqlarının qorunmasının əsası Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən müddəalarla qoyulub. Konstitusiyamız insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edib. Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalanıb, 1998-ci il 18 iyun tarixli Sərəncamla insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənib.
Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, bu sahədə 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. 1992-ci il martın 2-dən BMT-nin, 2001-ci il yanvarın 25-dən isə Avropa Şurasının üzvü olan Azərbaycan çoxlu sayda beynəlxalq müqavilənin iştirakçısıdır ki, bunların da təxminən yarısı insan hüquq və azadlıqları ilə bağlıdır.
Heydər Əliyevin insan hüquqları barədə uğurlu siyasətini İlham Əliyev davam etdirib. Belə ki, dövlət başçısı 2006-cı il dekabrın 28-də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb. Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsasların möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 27-də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Milli Fəaliyyət Proqramı ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verib.
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq islahatları Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da davam etdirilib. 30 dekabr 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edilib. Həmin qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi və onun statusu ilə bağlı əlavə və dəyişikliklər edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 fevral 2006-cı il tarixli üçüncü çağırış ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul olunub. 21 fevral 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali