Martın 7-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Bu barədə verilən məlumata görə, gündəliyin təsdiqindən sonra Milli Məclisin sədri erməni silahlı birləşmələri tərəfindən Xankəndi-Xəlfəli-Turşsu yolunda törədilən təxribatdan danışıb. Bildirib ki, bugünkü iclasın gündəliyinə bir çox məsələlər daxil edilib. O, gündəliyin birinci məsələsinin Milli Məclisin qərar layihəsi olduğunu deyib.
İclasda iştirak edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva illik məruzəni təqdim edib.
Ombudsman bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə yaradılmış, ötən il 20 illik yubileyini qeyd edən, öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət prinsipləri əsasında quran Ombudsman təsisatının ölkə Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması, dövlətimizin beynəlxalq nüfuzunun artması istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini söyləyib. Səbinə Əliyeva deyib ki, "Heydər Əliyev İli" çərçivəsində təsisat tərəfindən Ümummilli Liderin insan hüquqlarının müdafiəsinə verdiyi töhfələrlə bağlı silsilə tədbirlərin təşkili nəzərdə tutulub.
S.Əliyeva, həmçinin diqqətə çatdırıb ki, 2022-ci ildə ombudsmanın ünvanına 28 min 525 müraciət daxil olub. Həmin müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada baxılıb, onların həlli istiqamətində aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, o cümlədən Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət qurumlarına müraciətlər edilib, təklif və tövsiyələr verilib, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılmasına, pozulmuş hüquqların bərpasına nail olunub.
Vətəndaşların layiqli həyat səviyyəsinin və rifah halının yüksəldilməsi məqsədilə onların məşğulluğunun təmin edilməsinə diqqətin artırılmasından danışan ombudsman qeyd edib ki, məşğulluq orqanları vətəndaşların işlə təmin edilməsi prosesini nəzarətdə saxlamalı, vakant iş yerləri ilə bağlı işəgötürənlər tərəfindən təqdim edilən məlumatların formal xarakter daşımasının qarşısı alınmalı, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməli, vətəndaşlara verilən imtina cavablarının səbəbləri araşdırılaraq nəticəsindən asılı olaraq ciddi tədbirlər görülməlidir.
Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi mexanizminin təkmilləşdirilməsinə də ehtiyac olduğunu deyib. O, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsinin əhəmiyyətindən bəhs edib. İmtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin və əvəzedicilərinin sayının artırılması, ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin zəruriliyini qeyd edib.
Ombudsman təhsil sistemi ilə bağlı fikirlərini açıqlayaraq, orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, məktəblərdə psixoloq ştatlarının artırılması, təhsil sistemində mediasiya institutunun tətbiq olunması məsələlərindən danışıb.
Məruzədə bildirilib ki, insanların mülkiyyət, mənzil və təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsi, habelə təmas sahəsində yerləşən evlərdə yaşayan sakinlərin təhlükəsizliyinin təmini, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin genişləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, bu sahəyə nəzarətin gücləndirilməsi neqativ halların qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.
Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə il ərzində 201 başçəkmə həyata keçirilib. Başçəkmələr zamanı 2 min 25 şəxslə konfidensial görüş keçirilib. Fəaliyyət dövründə ombudsmanın vəsatəti ilə ümumilikdə 805, 2022-ci ildə isə 31 məhkum