21 avqust

Azərbaycanda olan hadisələr

1997 – Azərbaycan Respublikası Serbiya və Monteneqro ilə diplomatik əlaqələr qurmuşdur.


Dünyada olan hadisələr

1192 – Yaponiyada imperatorun hakimiyyəti şoqunun(baş komandanın) hakimiyyəti ilə əvəz olundu.

1560 – 13 yaşlı danimarkalı Tiho Brahe, Kopenhagen Universitetində hüquq təhsili almağa başladığı gün tam Günəş tutulması baş verir. Bu hadisə yeniyetməni o qədər heyrətləndirdi ki, gündüz dərslərindən sonra gecə ulduzlu səmanı öyrənməyə başlayır və dövrünün ən məşhur astronomu olur.

1803 – Avstraliyada “Sydney Gazette”də dünyada ilk dəfə olaraq koalanın ətraflı təsviri dərc edilib.

1808 – Karstulda (Finlandiya) general E.İ.Vlastovun komandanlığı altında olan Rusiya İmperator Ordusunun bölmələri ilə Henri Otto von Friandın komandanlığı altında olan İsveç qoşunları arasında Rus-İsveç Müharibəsinin (1808-1809) əsas döyüşlərindən biri baş verib.

1810 – Napoleonun marşalı Jan Bernadot İsveç taxtının varisi seçilib.

1831 – ABŞ-da Nat Törner üsyanı başlayıb.

1877 – Türk ordusu Şipkaya (Bolqarıstan) hücuma başlayıb.

1902 – General Motorsun lüks minik avtomobili bölümü olan “Cadillac” qurulub. Yeni lyüks avtomobilə bu ad Detroyt şəhərinin qurucusu Antuan da La Motte Cadillacın xatirəsinə verilib.

1911 – Luvrdan Mona Lisanın portreti oğurlanıb. İki il sonra rəsm təsadüfən Florensiyada tapılıb. Sonralar saxlanılan oğru Vincenzo Perugia, Napoleon  tərəfindən oğurlanan əsəri İtaliyaya qaytararaq ədaləti bərpa etmək niyyətində olduğunu bildirib.

1914 – Günəş tutulması zamanı Yaroslavitsidəki döyüşdə rus süvariləri Avstriyanı məğlub edib.

1915 – İkinci Anafartalar Döyüşü olmuşdur. Bu, Çanaqqala döyüşünün son böyük qarşıdurmasıdır.

1916 – Peru bitərəfliyini elan edib.

1922 – Mustafa Kamal Paşa Akşehirdə Ordu Komandirləri ilə keçirdiyi son görüşdə Böyük Hücum əmrini verib (Böyük Hücum, Türk Qurtuluş Savaşı zamanı Türk ordusunun Yunan qüvvələrinə qarşı başlatdığı ümumi hücumdur. Bu hücum zamanı Türk Ordusu İzmirə girmiş və Yunan Ordusunun Anadolunu tamamən tərk etməsiylə müharibə bitmişdir).

1932 – İlk beynəlxalq film festivalı Venesiyada baş tutub.

1937 – Polşa Kommunist Partiyasının rəhbərləri SSRİ-də edam edilib.

1937 – SSRİ və Çin qarşılıqlı hücum etməmək haqqında müqavilə imzalayıb.

1942 – "Edelveys" diviziyasının alman əsgərləri Qafqaz Döyüşü zamanı Elbrusun zirvəsinə svastikalı bayraq sancıblar. 1943-cü ilin fevralında Qusevin başçılıq etdiyi alpinistlər qrupu onu çıxarıb Sovet bayrağı sancıb.

1945 – ABŞ SSRİ-yə kredit-lizinq tədarükünü dayandırıb.

1947 – SSRİ İtaliya və Avstriyanın BMT-yə daxil olmasına veto qoyub.

1948 – İngiltərə İsrailin BMT-yə daxil olmasına veto qoyacağını açıqlayıb.

1954 – Yakutiyada, Daldın çayı hövzəsində ilk əsas almaz yatağı, “Zarnitsa” adı verilən kimberlit borusu kəşf edilib.

1957 – V.P.Qluşkonun mühərrikləri ilə konstruktor S.P.Korolyovun hazırladığı P-7 qitələrarası ballistik raketin ilk uğurlu buraxılışı olub.

1959 – Havay ABŞ-ın 50-ci ştatı olub.

1965 – İngilis futbolunda ilk dəfə oyun zamanı əvəzləmələrə icazə verilib. Əvəz edən ilk oyunçu Keyt Pikok olub.

1965 – Rumıniya sosialist dövləti elan edilib.

1968 – Sovet qoşunları Çexoslovakiyaya daxil olub.

1968 – Sovet qoşunları Çexoslovakiyanı işğal etdikdən sonra, Rumıniya prezidenti Nikolae Çauşesku xalqını oxşar işğala qarşı silahlanmağa çağırıb.

1969 – Denis Michael Rohan adlı avstraliyalı bir yəhudi Əl-Əqsa məscidini (Mescid-i Aksa) yandırıb.

1981 – Elm adamları ilk dəfə Yer kürəsində qlobal istiləşmə təhlükəsi barədə mətbuatda məlumat veriblər.

1986 – SSRİ Çernobıl Atom Elektrik Stansiyasındakı fəlakətin kadr səhlənkarlığından qaynaqlandığını rəsmən elan edib.

1986 – Kamerundakı Nyos vulkanik gölündən çıxan zəhərli qazlardan 1746 nəfər ölüb.

1989 – “Voyager-2” kəşfiyyat zondu Neptun planetinin peyki Tritonun görüntülərini çəkib.

1991 – Latviya müstəqilliyinin bərpasını elan edib.

1993 – “Mars Observer” kosmik gəmisi naməlum səbəbdən itib.

2002 – “Spirit” rover prototipləri Arizonanın şimalındakı səhrada uğurla sınaqdan keçirilib.

2004 – Aslan Masxadovun komandanlığı altında olan çeçen döyüşçüləri Qroznı şəhərini ələ keçirməyə cəhd ediblər.

2006 – domen adlarının qeydiyyatı mobil qurğular üçün nəzərdə tutulmuş yeni ümumi istifadə .mobi domenində başladı.

2008 – İki Taliban kamikadze Pakistanın paytaxtı İslamabaddan 20 mil qərbdə yerləşən silah fabrikinin qarşısında özünü partladıb. Terror aktı nəticəsində 59 nəfər ölüb, 70 nəfər yaralanıb.


Bayramlar və xüsusi günlər

  • Latviyada Müstəqilliyin Bərpası Günü.
  • Birləşmiş Millətlər Təşkilatı – Beynəlxalq Terror Qurbanlarını Anma Günü.

Doğumlar

1165 – II Filipp, Fransa kralı (1180-1223) (ö. 1223).

1698 – Cüzeppe Qvarneri, İtalyan skripka ustası (ö. 1744).

1754 – William Murdock, işıqlandırma üçün qazdan istifadə edən ingilis ixtiraçısı (ö. 1839).

1765 – IV William, İngiltərə kralı (1830-1837) (ö. 1837).

1789 – Oqustin Lui Koşi, fransız riyaziyyatçısı, analitik funksiyalar nəzəriyyəsinin banilərindən biri (ö. 1857).

1909 – Nikolay Boqolyubov, sovet riyaziyyatçısı və fiziki, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki (ö. 1992).

1921 – Seyfəddin Dağlı (Abbasov Seyfəddin Əliağa oğlu), Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist (ö. 1983).

1930 – Bəkir Nəbiyev, Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (ö. 2012).

1930 – Şahzadə Margaret Rose, Böyük Britaniya Kraliçası II Yelizavetanın kiçik bacısı (ö. 2002).

1935 – Adnan Şənsəs, Türk sənət musiqisi müğənnisi, musiqiçi bəstəkar, kino aktyoru (ö. 2013).

1936 – Uilt Çemberlen, amerikalı basketbolçu, NBA tarixində ən çox qol vuran oyunçu (ö. 1999).

1951 – Təvəkkül Əliyev, Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (ö. 2017).

1967 – Kerri-Enn Moss, kanadalı aktrisa (“Matrissa” filmində baş rolun qadın ifaçısı).

1973 – Sergey Brin, amerikalı sahibkar, milyarder, Google-un yaradıcısı və həmtəsisçisi.

1986 – Hüseyn Bolt, Yamaykalı yüngül atlet, 8 qat Olimpiya çempionu, 11 qat dünya çempionu.

1988 – Robert Levandovski, polşalı futbolçu, Polşa milli komandası tarixinin bombardiri.