Müstəqil Azərbaycanın müzəffər ordusu
Siyasət

Müstəqil Azərbaycanın müzəffər ordusu

1918-ci il mayın 28- yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşadı. Lakin onun müstəqil Azərbaycan idealını yaratması, bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində gördüyü işlər gələcəyə işıq saldı.

ADR yarananda Azərbaycanda milli ordu yox idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər xüsusi planlar hazırlayırdılar. Məhz buna görə Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - Əlahiddə Korpus yaradıldı. Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verən bu qərar Azərbaycanın tarixinə yazıldı. Bunun ardınca hökumət tərəfindən ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman verildi. Məhz görülən işlərə xüsusi dəyər vermək məqsədilə ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycanda ordu quruculuğunun ADR-dən sonrakı mərhələsi ulu öndərin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət ayrılmışdır. Atılan addımların ən önəmlisi ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasıdır. Həmin dövrdə bu qərarı vermək böyük cəsarət tələb edirdi. Ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi mane olmaq üçün Moskvadan Bakıya Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmaq üçün komissiyalar göndərsə , ümummilli liderin uğurlu diplomatiyası uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almışdır. Həmin məktəbin fəaliyyəti nəticəsində Azərbaycanda hərb sənətinə maraq güclənmiş, çoxlu sayda azərbaycanlı zabit kadrlar hazırlanmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. 1993- ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994- il mayın 12- Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

Müstəqillik illərində müasir ordunun yaradılması üçün beynəlxalq tərəfdaşlıqlara xüsusi önəm verildi. 1990- illərin ortalarından başlayaraq, Azərbaycanın NATO ilə sıx səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına imkan verdi. 1994- ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996- ildə "Planlaşdırma analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. Qeyd edək ki, həmin il 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda İraqda zəngin təcrübə qazanan, öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu öndərin ordu quruculuğu siyasətini uğurlu inkşaf yolunda daha da təkmilləşdirən Ali Baş Komandan İlham Əliyev hərbçilərin peşəkarlığının artırılmasını, şəxsi heyətin döyüş ruhunun mənəvi-psixoloji hazırlığının yüksəldilməsini, Silahlı Qüvvələrimizin ən müasir silah texnika ilə təchizatını daim ön planda saxladı. Məhz ölkə başçımızın bu diqqət qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu "