İkinci Qarabağ müharibəsindən sonra ölkə başçımız dəfələrlə Paşinyan hakimiyyətini sülhə dəvət edib. Lakin Ermənistan elitası nə öz xalqının rifahını, nə də ölkəsinin gələcəyini düşünür. Şübhəsiz ki, daim başqa ölkələrdən asılı olan Hayastanın sülh məsələsində də özünəməxsus fikirləri yoxdur. Bəzi region və dünya dövlətlərinin təsirinə düşərək normallaşma prosesindən uzaq gəzir. Bu baxımdan ən çox təsir göstərənlərdən biri də Fransa hakimiyyətidir.
Hazırda özünü Ermənistanın "bacısı" kimi göstərməsinə baxmayaraq, əsl niyyəti regionda üstünlüyü ələ almaqdır. Fransa neomüstəmləkəçilik siyasətinə əsasən, Ermənistanı əslində "bacısı" kimi yox, Cənubi Qafqaz regionuna liderlik etmək üçün vasitəçi kimi görür. Buna bir başqa səbəb də son illərdə Azərbaycanın Qoşulmama Hərəkatı ilə yanaşı, bir sıra qurumlara uğurla rəhbərlik etməsidir. Avropa İttifaqının regionda Azərbaycanı özünə etibarlı tərəfdaş kimi görməsi isə bir çox ölkələrdə qısqanclıq hissi yaradır. Fransa ilə yanaşı, özünü Ermənistanın “qardaşı” elan edən İran 30 ildən çoxdur ki, bütün antitəbliğat vasitələrini işə salaraq ölkəmizə qarşı nifrət yağdırır. İşğal və müharibə dövründə bu əməllərini, düşmənə yardımlarını gizli saxlamağa çalışsa da, bütün bunlar özünü tarixi Qələbəmizdən sonra açıq-aşkar şəkildə büruzə verir. İran çoxmillətli ölkədir, azərbaycanlılar isə burada çoxluq təşkil edir. Buna baxmayaraq, molla rejimi Hayastanı dəstəkləyir və ərazisində yaşayan həmyerlilərimizin bütün haqlarını tapdalayır. Təsadüfi deyil ki, İran əhli-beytləri müharibədən sonra İrəvana axın edib, Ermənistana dəstəklərinin ardı-arası kəsilmir. Ötən ilin sonunda İranın "beynəlxalq" Əhli Beyt təşkilatının rəhbəri Ayətullah Həsən Əxtari İrəvana erməni kilsəsinin dəvəti ilə gedib və orada çıxışı zamanı bildirib ki, ermənilər və iranlılar qardaş xalqlardır. Gülünc vəziyyət isə odur ki, özünü daim türklərə bənzətməyə, bütün ideologiyaları, tarixi oğurlayıb özününküləşdirməyə çalışan Ermənistan indi də özünə yol yoldaşı tapıb. Ermənistandan çox erməni olan İran isə hər nə olur-olsun "qardaşını" dəstəkləməkdən geri çəkilmir. Ermənistan tərəfi açıq şəkildə bəyan edir ki, 90-cı illərdə İran Ermənistan üçün bir nəfəslik olub. Hazırkı dövrdə də Levon Ter-Petrosyanın dediyi kimi, "Ermənistan üçün həyat yolu" funksiyasını yerinə yetirir.
İran və Fransanın Ermənistana bu dəstəklərinin nəticəsidir ki, hayların törətdiyi təxribatlar beynəlxalq müstəvidə cavabsız qalır. Lakin unutmamaq lazımdır ki, Qərb qonşumuz tarix boyu riyakar xalq kimi tanınıb. Dövlətlərarası münasibətlərdə daim güclünün tərəfində olub, lakin işi bitdikdən sonra üz döndərib. Hazırda isə “qardaş” və “bacısının” himayəsində olan Hayastan sülhdən üz çevirir. Bunun nəticəsidir ki, ötən ilin dekabrında keçirilməsi nəzərdə tutulan danışıqlar prosesində Ermənistan iştirak etməkdən imtina edib. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi özünün sülhsevərlik missiyasına sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirib. Bu da bir daha onu göstərir ki, Azərbaycan müharibə istəmir və sülhə razıdır. Lakin Ermənistan tərəfi danışıqlar prosesini israrla rədd etsə, əlbəttə ki, bu heç də yaxşı nəticə verməyəcək. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında səsləndirib. Bu da bir daha onu göstərdi ki, sülh təkcə iki ölkənin münasibətlərini formalaşdıran və yaxşılaşdıran bir proses deyil, həmçinin region üçün də sakitliyin təmin olunmasına zəmin yaradacaq amildir. Bu mövqedə Azərbaycan ciddi addımlar atır, mütəmadi şəkildə Ermənistanı sülhə çağırmasına baxmayaraq, qarşı tərəf buna rədd cavabı verir. Bu da bir daha onu göstərir ki, Ermənistan üçün sülh, əhalisinin rifahı məsələsi mühüm deyil: "Demişəm ki, əgər Ermənistan