Tarixi ədalətin bərpası - işğaldan azad Kəlbəcər
Siyasət

Tarixi ədalətin bərpası - işğaldan azad Kəlbəcər

AXC-Müsavat cütlüyünün xəyanətinin nəticələrindən biri ötən əsrin sonlarında Azərbaycan ərazilərinin təxminən 20 faizinin işğala məruz qalmasıdır. İşğal nəticəsində bir milyondan çox soydaşımızın doğma ev-eşiyindən didərgin düşməsi tariximizin qanlı unudulmaz səhifələrindən oldu. Müstəqilliyini yenicə bərpa etdiyi dövrdə xarici təcavüzlə üzləşən ölkəmizdə siyasi qüvvələrin birliyi respublikamızı möhkəmləndirməli idi. Bunun qarşısını alan AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün xalqın inamından sui-istifadə etdi, düşmənin ərazilərimizə təcavüzü, cəbhə xəttinin möhkəmləndirilməsi kimi vacib məsələlər unuduldu. Özlərini lider adlandıran AXC-Müsavat fəalları silahlı birləşmələrdən özlərinin çirkin ambisiyaları üçün istifadə etməyə çalışırdılar. əfsuslar olsun ki, siyasi hərc-mərclik dövründə xainlərin planları baş tutdu.

Hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri müdafiə etməyərək onun işğalına imkan yaratdı. Belə ki, artıq Laçın Şuşa işğal altına düşmüşdü Kəlbəcərin işğalı ermənilərin növbəti planları idi. Ermənistanın uzun illər arzusunda olduğu Qarabağ ilə bağlantı yaratma istəyi Kəlbəcərin işğal edilməsi ilə reallaşdı. İşğaldan əvvəl keçmiş Qarabağ Muxtar Vilayətinin Ermənistan ilə sərhədi yox idi. O dövrdə Ermənistanı Qarabağdan Laçın rayonu dəhlizi ayırırdı. Laçın, Şuşa ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaratdı ki, düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin itirilməsindən sonra Ermənistanla Qarabağ arasında müxtəlif yollar vasitəsilə əlaqə yaradıldı ilk növbədə, silahlar, texnikalar canlı qüvvə əraziyə cəlb olundu. Bunun məntiqi nəticəsi kimi, Ermənistanın sonrakı işğalçılıq siyasəti daha geniş vüsət aldı.

Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyev 1993- ildə yenidən hakimiyyətə gəlməsəydi, digər torpaqlarımızla yanaşı, dövlətçiliyimizi itirmiş olacaqdıq. Belə ki, artıq ölkədə vətəndaş müharibəsi başlamışdı. Xalq Cəbhəsi dövlətçiliyə xəyanət ilə öz hakimiyyətini qoruyub saxlamağa çalışırdı, Kəlbəcərin itirilməsinin xalqımızın böyük faciəsi olması onları maraqlandırmırdı. Burada yaşayan insanların bir çoxu ermənilər tərəfindən qətlə yetirildi. Ərazidən qaçıb qurtulmağa çalışan insanların bir hissəsi Murov dağlarında donub həyatlarını itirdi. Dinc əhali qarlı, şaxtalı havada ayaqyalın qaçmağa məcbur oldu. Pusqular qurularaq yolda onlara işgəncələr verildi. Erməni vəhşiliyi, vandallığı hərbi cinayətkarlar olan Sarkisyan, Köçəryan kimi cəlladların əli ilə törədildi. Ümumilikdə, işğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb itkin düşüb. 60 min kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika sair talan edilib, dağıdılıb rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin nəticəsi olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı. Bəyanatın 6- bəndinə əsasən, Kəlbəcər rayonunun Azərbaycana qaytarılması nəzərdə tutuldu. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması bildirilsə , ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün daha vaxt istədi. Azərbaycan humanizm prinsiplərini əsas götürərək 2020-ci il noyabrın 25- Kəlbəcər rayonunun işğaldan azad olunmasını təmin etdi. Nəticədə bir güllə belə atılmadan Kəlbəcər rayonu işğaldan azad edildi. Strateji mövqeyə malik bir neçə ərazilərin bu yolla azad edilməsi diplomatik uğur olmaqla yanaşı, həmçinin hərbi mühüm üstünlüyün göstəricisidir. Müjdəli xəbəri ölkə başçımız 2020-ci il 25 noyabrda böyük qürur hissi ilə xalqa çatdırdı: "Əziz kəlbəcərlilər, gözünüz aydın olsun!