Milli Məclisdə Azərbaycan və İsrail parlamentlərarası dostluq qruplarının görüşü olub
Gündəm

Milli Məclisdə Azərbaycan və İsrail parlamentlərarası dostluq qruplarının görüşü olub

Sentyabrın 4-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov və qrupun üzvləri ölkəmizdə səfərdə olan İsrail-Azərbaycan parlament dostluq qrupunun üzvü Yevgeni Sovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Respublika”-ya bildirilib ki, Anatoliy Rafailov Azərbaycanla İsrailin dost dövlətlər olduğunu, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib.  Görüşdə parlamentlər səviyyəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qruplarının fəaliyyəti, İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi diqqətə çatdırılıb. Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişaf perspektivləri barədə danışılıb.