Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənir
Sosial həyat

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənir

XXI əsrdə gender bərabərliyi hər bir ölkədə demokratiya vətəndaş cəmiyyəti institutlarının inkişaf səviyyəsini müəyyənləşdirən əsas meyara çevrilməkdədir. Hazırda bütün dünya gender yanaşmalarına paritet demokratiyaya əsaslanan keyfiyyətcə yeni cəmiyyətə keçid dövrünü yaşayır. BMT digər beynəlxalq təşkilatlar dövlətlərin siyasətində gender bərabərliyinin təmin edilməsini daim təbliğ təşviq edirlər. Azərbaycan Respublikasında da qadın kişi hüquqlarının bərabərliyinin təmin edilməsi  dövlət siyasətinin əsas prinsiplərindən biri olaraq qəbul edilir, qanunvericilik normalarının bu prinsipə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Gender sahəsində Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən birini daha çox qadının liderlik mövqelərinə irəli çəkilməsi, cəmiyyətin idarə edilməsində qadınların rolunun artırılması təşkil edir. İctimai-siyasi fəaliyyətdə məsul qərarların qəbul edilməsi üçün qadınlara bərabər imkanların yaradılması məsələsi bu gün öz aktuallığını saxlayır.

Məlumdur ki, qadın liderliyinin formalaşmasına fəaliyyət göstərməsinə ilk növbədə cəmiyyətdə iqtisadi inkişafın demokratiyanın səviyyəsi təsir göstərir. Cəmiyyətin inkişaf səviyyəsi qədər yüksəkdirsə, həmin cəmiyyətdə qadınların liderlik mövqeləri bir o qədər möhkəmdir. Tədqiqatlar göstərir ki, hazırda Azərbaycanda hakimiyyət strukturlarında qadınların rolunda ciddi dəyişikliklər baş verir, onların dövlət idarələrində nomenklatur statusu yüksəlir, qərarların qəbul edilməsində iştirakları genişlənir. Ölkəmizdə "qadın liderliyi"nin möhkəmlənməsinin əsas şərti heç şübhəsiz dövlətin bu sahədə həyata keçirdiyi müvafiq dəstək siyasətidir.

Dövlətimizin son illərdə başqa digər sahələrdə olduğu kimi, humanitar mədəni sahələrdə qazandığı misilsiz nailiyyətlərdə  Mehriban xanım Əliyevanın xidmətləri xüsusi əhəmiyyətə malikdir. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəni elitasının görkəmli nümayəndəsidir. Mehriban Əliyeva dəyişən zamanın dinamikasını tutmağa qadir nadir siyasətçilərdəndir: zamanla bərabər o da dəyişir, fəqət bu zaman Azərbaycan mədəniyyətinə aidiyyət, bu mədəniyyətin yaratdığı mədəni fenomenlərə sədaqət baxımından sabitqədəmdir, səbatlıdır. Mehriban xanımın həyatı özlüyündə hadisə baxımından zəngindir, sosial nailiyyətlərlə diqqətçəkəndir. Görüşlər, mərasimlər, açılış tədbirləri - bütün bunlar statuslu xadimin ictimai həyatının ayrılmaz cəhətləridir. Onun bioqrafiyası bütöv bir ölkənin müxtəlif dövrlərin çarpazlaşmasında ictimai siyasi həyatını izləmək nöqteyi-nəzərindən olduqca əlamətdardır. Mehriban Əliyeva müxtəlif ictimai hadisələrə intizam çalışqanlığın şüurlu əmək həyatının mahiyyətcə dayaqları olduğu şəxsiyyətin sabitliyi ilə münasibət göstərir. Daxili səfərbərlik onun alışdığı işçi vəziyyətinin, intizam isə onun fəaliyyət üslubunun təməlidir.

Müsahibələrin birində Mehriban xanım özü etiraf edir: "Mən uşaq yaşlarımdan özümə olduqca ciddi tələblər irəli sürmüşəm, həmişə öz valideynlərimə, öz ailəmə layiqli olmağa çalışmışam". Bu əxlaqi maksimallar Mehriban xanımın ictimai-siyasi fəaliyyətində bariz şəkildə təzahür etməkdədir. Onun fikrincə, qadın siyasətçinin  siyasətə gəldiyi məqsədlər haqqında dəqiq anlayışı olmalı, o, öz qüvvə imkanlarını açıq dəyərləndirməlidir. Bu tələbkarlıq ümumilikdə uğur qazanmaq istəyən siyasətçinin fəaliyyət düsturunu önəmli dərəcədə səciyyələndirir.

Mehriban xanımın mədəniyyət, maarif, incəsənət məsələlərinə xüsusi diqqəti onunla əlaqədardır ki, məhz bu sahələrdə xalqın dil qəlbində əks olunmuş ruhu hifz olunmaqdadır. Bazar münasibətlərinin doğurduğu problemli durumlarda etik prinsip kimi insanpərvərliyin təsirli formasına - xeyriyyəçiliyə yol bu məqamdan qaynaqlanır. Onun özünün dediyi kimi, uğur, var-dövlət arxasınca düşmə, onlara nəyin bahasına olursa-olsun nail olma çox vaxt insanları tanınmaz dərəcədə dəyişdirir ki, bu da xeyli məyusluq doğurur. Mehriban Əliyevanın təfsirində xeyriyyəçilik konstitusiya ilə sosial dövlət kimi təsbit olunmuş dövlətdə mahiyyətcə sosiallaşmış siyasət aktıdır.

Birinci xanım bu məqamı belə vurğulayır: "Müasir cəmiyyətdə xeyriyyəçiliyin rolunu dərindən dərk etmək üçün bunu əsas götürmək lazımdır ki, o, nemətlərin resursların indiki anda dəstəklənməyə