Nazirlik tərəfindən satışa çıxarılan mənzillərdən artıq 200-ə yaxını satılıb
Sosial həyat

Nazirlik tərəfindən satışa çıxarılan mənzillərdən artıq 200-ə yaxını satılıb

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq 200-ə yaxını satılıb. Bu barədə Nazirliyin ictimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumata görə, mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb mənzillər sahiblərinə təqdim olunub.

Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir. Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir.

Qeyd edilir ki, Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda ("Stansiya Sumqayıt" kimi tanınan ərazi) Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı tam təmirlidir. Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə almaq olar.

 "Respublika".