Macarıstan Aİ-nin anti-Azərbaycan bəyanatının qəbulunu bloklayıb
Gündəm

Macarıstan Aİ-nin anti-Azərbaycan bəyanatının qəbulunu bloklayıb

Macarıstan Avropa İttifaqında Azərbaycanın Qarabağda apardığı antiterror tədbirlərini pisləyən bəyanatın qəbul edilməsinə mane olub.

"Respublika" xəbər verir ki, bunu Azad Avropa/Azadlıq Radiosunun köşə yazarı Rikard Jozviak X (keçmiş tviter) sosial şəbəkəsində yazıb. O, bu barədə məlumatı vəziyyətlə yaxından tanış olan üç mənbədən aldığını bildirib. Müəllifin yazdığına görə, nəticədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Cozep Borrel bəyanatı öz adından açıqlamağa məcbur olub.

Beləliklə, Macarıstanın ədalətli və prinsipial mövqeyi anti-Azərbaycan bəyanatının Aİ-nin bütün 27 ölkəsinin birgə sənədi kimi qəbul olunmasının qarşısını alıb.