Deputat:
Gündəm

Deputat: "Qafqaza sülh lazımdır"

"Azərbaycan Ermənistan da daxil olmaqla BMT tərəfindən tanınan 86,6 min km2 ərazidə antiterror tədbirləri aparır".

"Respublika" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz rəsmi "X" hesabında paylaşım edib. 

"Buna görə də 1-cisi bu, hansısa dövlətə qarşı deyil, onun öz ərazisindəki terrora qarşı mübarizədir. 2-cisi heç bir ölkə, eləcə də Azərbaycan öz ərazisində qeyri-qanuni hərbi birləşmələrin olmasını qəbul edə bilməz. 3-cüsü Ermənistanın 2020-ci il noyabrın 10-da qeyri-qanuni hərbi birləşmələrini Qarabağdan çıxarmaq öhdəliyini üzərinə götürməsinə baxmayaraq, hələ də heç bir addım atmayıb. 4-cüsü isə terror olan yerdə sülh olmaz. Amma Qafqaza sülh lazımdır".

Töhfə SƏMƏDOVA,

"Respublika".