Laçında silah-sursat tapılıb
Gündəm

Laçında silah-sursat tapılıb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərdə silahların tapılaraq yığılması istiqamətində tədbirləri davam etdirirlər.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 4 avtomat, 5 tapança, 1 karabin və digər sursatlar aşkar olunaraq götürülüb.