İki avtomobil minaya düşüb, ölən və xəsarət alan var
Digər xəbərlər

İki avtomobil minaya düşüb, ölən və xəsarət alan var

Oktyabrın 13-də saat 05 radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində 2 ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı hadisə nəticəsində "Qazel" markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və "Mercedes-Benz Atego" markalı avtomobilin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.