Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır. İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə - bütün bu adlar Azərbaycan toponimləridir. Hətta indi ermənilər özləri də etiraf edirlər ki, XX əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bunu təsdiq edən sənədlər var, rəsm əsərləri var.
Bütün indiki Ermənistan ərazisinin əksər torpaqları Azərbaycan mənşəli toponimlərdir - şəhərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür.
Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında coğrafi bağlantı pozulmuşdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı.
İndiki Ermənistan - xəritədə Ermənistan Respublikası adlandırılan ərazi əzəli Azərbaycan torpağıdır. Orada azərbaycanlılar əsrlər boyu yaşamışlar. Ermənilər müəyyən bölgələrdə olublar. Ancaq onlar Qərbi Azərbaycanın müxtəlif ərazilərinə XIX əsrdə kütləvi şəkildə köçürülmüşlər.
Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Əsrlər boyu Azərbaycan xalqı Qarabağda və ətraf bölgələrdə yaşamış, yaratmışdır. Şuşada, Cıdır düzündə türk oğulları həmişə qılınc oynadıb, at çapmış, ermənilərə qol-qanad açmağa imkan verməmişlər. Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı, aşıqlar məskəni, söz, sənət diyarı olan ulu Göyçə bizim tarixi torpaqlarımızdır. Göyçə gölünün nəğməli sahillərində bir vaxtlar Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Əsəd, şair Bəhman və başqaları təmtəraqlı məclislər keçirmişlər.
1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Stepan Şaumyanın göstərişi ilə İrəvanda, Amasiyada, Zəngibasarda, Göyçədə, Dərələyəzdə, Loru-Pəmbək bölgəsində, Zəngəzurda və azərbaycanlıların yaşadıqları digər ərazilərdə dinc əhaliyə qarşı soyqırımı törətdilər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur.
Erməni vandalları Novruz bayramı ərəfəsində Göyçə gölünü başdan-başa mühasirəyə almışlar. Haylar Şişqaya, Kiçik Məzrə, Subatan, Qamışlı və digər kəndlərdə insanları mal tövlələrinə doldurub onları amansızlıqla qətlə yetirmişlər.
Mən əslən Göyçənin Kiçik Məzrə kəndindənəm, kəndimiz Göyçə gölünün sahilində yerləşirdi. Yaşlı nəslin nümayəndələri 1918-ci ildə ermənilərin kəndimizdə törətdikləri qırğınlarla bağlı söylədikləri bayatı indi də unudulmur:
Əzizim Bala Məzrə,
Arxası Qala Məzrə,
Göyçədə yurd saldım ki,
Erməniyə qala Məzrə?
1918-ci ildə erməni polkovniki Silikyanın başçılıq etdiyi qaniçən quldur dəstəsinin qarşısı igidlər oylağı sayılan Zod kəndində alındı. Səməd Ağa hiylə işlədərək Silikyanı və onun quldur dəstəsini darmadağın etdi.
1918-ci ilin şaxtalı günlərində Qərbi azərbaycanlılar erməni xəyanəti nəticəsində ata-baba yurdlarını tərk etdi. 1920-ci ilin noyabrında Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra soydaşlarımızın bir hissəsi yenidən ata-baba yurdlarına qayıtdı.
Ermənistan dövlətinin ideologiyası faşizm üzərində qurulduğundan Qərbi Azərbaycandakı soydaşlarımız həmişə erməni xəyanətini hiss etdi.
Basarkeçər rayonunda Yunis Rzayev və Talıb Musayevin birinci katib işlədiyi illərdə ermənilər qorxudan heç vaxt qınlarından çıxa bilməmişlər. Ermənilər yüz ölçüb, bir biçib 1948-1950-ci illərdə İ.Stalini, Molotovu ələ aldılar və onların satqınlığı ucbatından Qərbi Azərbaycandan 150 min soydaşımız zorla köçürülüb, birbaşa Azərbaycanın isti rayonlarına göndərildi. Neçə-neçə ailələr iqlim şəraitinə dözə bilmədi.
1988-ci ildə Qərbi azərbaycanlıların yaşadıqları ərazilərin üstünü yenidən qara buludlar aldı. Ermənilər Qarabağ məsələsini ortaya ataraq yenidən fəallaşdılar, Mixail Qorbaçovu ələ aldılar, onun xanımı Raisanı ən qiymətli daş-qaşla bəzədilər.
"