Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm
Siyasət

Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm

Zəngin dövlətçilik tarixi olan Azərbaycanın müasir dünyada öz layiqli yerini tutması müstəqillik yolunda inamla addımlaması ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyası bu strategiyanın sonrakı dövrdə uğurla davam etdirilməsi ilə birbaşa bağlıdır. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, üç onillik ərzində ağır fəsadlarını yaşadığımız işğala son qoyulması, Böyük Zəfərdən sonra Qarabağ Şərqi Zəngəzurun dirçəlişi üçün genişmiqyaslı işlərə başlanılması Heydər Əliyev ideallarının təcəssümü olmaqla, milli inkişafın yeni mərhələsinə keçidi şərtləndirib. Ulu öndərin anadan olmasının 100 illik yubileyi məhz belə vaxta - müstəqil Azərbaycanın qalib dövlət kimi öz nüfuzunu daha da yüksəltdiyi, gücünü, qüdrətini daim artırdığı bir zamana təsadüf edir.

Möhtərəm Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" 29 sentyabr 2022-ci il tarixli Sərəncamında qeyd edildiyi kimi, ulu öndər cəmiyyətin həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib məharətlə həyata keçirib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

Qanunçuluğun təmin edilməsi, insan hüquq azadlıqlarının qorunması, ədalətlilik, humanizm insanpərvərlik Heydər Əliyevin milli inkişaf strategiyasının mühüm tərkib hissələridir. Bu dəyərlər hələ sovet hakimiyyəti dövründə respublikaya başçılıq edərkən, həmçinin keçmiş ittifaqın rəhbərliyində təmsil olunarkən ulu öndərin siyasi idarəçilik fəaliyyətində önəmli yer tutub, müstəqillik illərində isə milli dövlət quruculuğunun aparıcı istiqamətlərində öz ifadəsini tapıb. Dövlətçilik fəaliyyətində daim qanunun aliliyi prinsipinə əsaslanan müdrik siyasətçi ədaləti ədalətsizliklə bərpa etməyin mümkünsüzlüyünü bildirirdi. Bu baxımdan, müstəqil dövlət quruculuğu dövründə çevik səmərəli hüquq sistemi formalaşdırılarkən ədliyyə orqanlarının roluna xüsusi əhəmiyyət verilib, onun davamlı islahatlar yolu ilə təkmilləşdirilməsi diqqətdə saxlanılıb. Hələ sovet hakimiyyəti dövründə məhz ulu öndərin təşəbbüsü ilə təşkilati cəhətdən yenidən qurulan zəngin inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin səlahiyyətləri dövlət müstəqilliyinin bərpasından sonra daha da genişlənib, onun cəmiyyətdəki rolu nüfuzu artıb, peşəkar kadr potensialı gücləndirilib. Postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətinin məhkəməyə verilməsi, həmçinin Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi ulu öndərin rəhbərliyi ilə Azərbaycan ədliyyəsində aparılan islahatların mühüm nəticələrindən olub.

İyirmi beş il əvvəl ölüm cəzasının ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinə ünvaladığı tarixi müraciətdə müdrik uzaqgörən rəhbər insan həyatının ən yüksək dəyər, yaşamaq hüququnun hər bir insanın təbii ayrılmaz hüququ olduğunu qeyd edərək, ölüm cəzasının tətbiqini insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan qeyri-insani amansız tədbir kimi qiymətləndirir, bu cəza növünün ləğvinin tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım hüquq sistemində islahatların mühüm mərhələsi olacağına əminliyini bildirirdi.

"İslah-əmək müəssisələrində istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında" 1999-cu il 11 fevral tarixli, "Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında", eləcə "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında" 1999-cu il 9 oktyabr tarixli fərmanları ilə ulu öndər müstəqil dövlətimizin cəza siyasətinin humanistləşdirilməsi sahəsində köklü islahatların əsasını qoyub. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin qəbul edilməsi 2000-ci ildən qüvvəyə minməsi bu sahədə hüquqi tənzimləmənin əsasını təşkil