Azərbaycanda olan hadisələr
1819 – Azərbaycanda ilk alman koloniyası Yelenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub.
1993 – Lənkəranda Əlikram Hümbətovun qondarma rejiminə ("Talış-Muğan Respublikası") qarşı xalqın kütləvi aksiyaları başlayıb.
Dünyada olan hadisələr
1456 – Vampir əfsanələrindən tanınan Vlad Drakula, Vallaxiya şahzadəsi olub.
1531 – Polşa ordusu özündən 3 dəfə böyük olan Moldova ordusunu Obertın döyüşündə məğlub edib.
1642 – İngiltərədə Vətəndaş Müharibəsi başlayıb.
1654 – Yaakov Barsimson adlı mühacir Yeni Amsterdama (Şimali Amerika) gələn ilk yəhudi olur.
1663 – Çar Aleksey Mixayloviç "sikkə saxtakarlarının arvadları və uşaqları ilə əbədi yaşamaq üçün Sibirə sürgün edilməsi" haqqında fərman verib.
1703 – III Əhməd II Mustafanın yerinə taxta çıxaraq Osmanlı İmperatoriyasının yeni Sultanı olub.
1770 – Ceyms Kuk Avstraliyanın şərq sahillərini İngilis Tacının mülkiyyəti elan edib və adını Yeni Cənubi Uels adlandırıb.
1846 – New-Mexiko Birləşmiş Ştatların tərkibinə daxil edilib.
1849 – Venesiyanı mühasirəyə alan avstriyalılar balonlardan alovlanan mərmilər ataraq tarixdə ilk bombardmanı həyata keçiriblər.
1851 – Avstraliyada qızıl yataqları kəşf edilib.
1864 – 12 dövlətin iştiraık ilə ilk Cenevrə Konvensiyası imzalanıb.
1865 – Uilyam Şepperd maye sabunu patentləşdirib.
1906 – Kubalı iş adamları ABŞ-dan Kubanı ilhaq etmələrini istəyiblər.
1910 – Koreyanın Yaponiyaya birləşdirilməsi haqqında Müqavilə imzalanıb.
1911 – İngiltərədə hər hansı bir rəsmi məlumatın icazəsiz yayımlanmasını cinayət sayan gizli bir qanun qəbul edilib.
1914 – Rusiyada müharibə zamanı spirtli içkilərin satışı qadağan edilib.
1915 – Birinci Dünya Müharibəsi: Rusiyanın Osovets qalasının süqutu.
1921 – RSFSR-in tərkibində Komi Muxtar Bölgəsi yaradılıb.
1932 – BBC eksperimental televiziya yayımına başlayıb.
1933 – Praqada Beynəlxalq Sionist Konqresi açılıb.
1939 – Leninqradda idman ustası M.Reisenin rekord üzgüçülüyü: 13 saat 11 dəqiqə ərzində üzgüçü 69 km yol qət edib.
1941 – Alman ordusu Leninqrad şəhərinə çatıb və Leninqradın mühasirəsi başlayıb.
1942 – Çelyabinskdəki Kirov zavodunda T-34 tanklarının konveyer üsulu ilə istehsalına başlanılıb.
1942 – Braziliya Almaniya və İtaliyaya müharibə elan edib.
1944 – Yaponiyanın təhsil müəssisələrində dərslər ləğv edilib, uşaqlar fabrik və zavodlara çağırılıb.
1948 – Polşada kollektivləşmənin başlandığı elan edilib.
1961 – Beynəlxalq Astronomiya Birliyi AMC "Luna-3" tərəfindən çəkilmiş Ayın əks tərəfinin detallarının adlarını rəsmən təsdiqləyib.
1962 – Dünyanın ilk nüvə enerjili quru yük gəmisi olan “Savanna” üzməyə başlayıb.
1972 – Rodeziya Beynəlxalq Olimpiya Komitəsindən xaric edilib.
1979 – Türkiyənin Cenevrədəki konsulu Niyazi Adalının maşınına ermənilər tərəfindən qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində küçədən keçən bir neçə isveşrəli yaralanıb.
1981 – "Olimpik Eyrlayns" (Yunanıstan) şirkətinin Paris filialının binası qarşısında partlayış baş verib. Partlayışa görə məsuliyyəti "3 oktyabr erməni hərəkatı təşkilatı" öz üzərinə götürüb.
1984 – Son “Volkswagen Rabbit” istehsal edilib.
1985 – Mançesterdə Boeing 737 qəzası nəticəsində 55 nəfər ölüb.
1989 – Neptun planetinin halqaları kəşf edilib.
1991 – Üçrəngli ağ-mavi-qırmızı bayraq Rusiyanın dövlət bayrağı elan edilib.
2005 – Mariya Şarapova, WTA reytinqinə başçılıq edərək, sıralamanın ilk pilləsini tutan ilk rusiyalı tennisçi olub.
2012 – Rusiya Dünya Ticarət Təşkilatına rəsmi olaraq üzv olub.
Bayramlar və xüsusi günlər
- Birləşmiş Millətlər Təşkilatı – Din və ya İnanca əsaslanan Zorakılıq Qurbanlarını Beynəlxalq Anma Günü.
- Rusiya Federasiyasının Dövlət Bayrağı Günü.
Doğumlar
1647 – Denis Papin, buxar qazanının fransız ixtiraçısı (ö. 1712).
1760 – XII Leo, 252-ci Roma Papası (1823-1829) (ö. 1829).
1771 – Henri Modsli, tokar dəzgahının ingilis ixtiraçısı (ö. 1831).
1834 – Samuel Lengli, amerikalı astronom, fizik, bolometrin ixtiraçısı, aviasiyanın pionerlərindən biri (ö. 1906).
1855 – Aleksandr Çexov, rus nəsr yazıçısı, publisist, memuarist, Anton Çexovun böyük qardaşı (ö. 1913).
1860 – Paul Nipkow, alman mühəndisi, televiziya sahəsində ixtiraçı (ö. 1940).
1886 – Raymond de Laroche, Fransız aktrisa, dünyanın ilk qadın pilotu (ö. 1919).
1913 – Bruno Pontekorvo, italyan,sovet və rus nüvə fiziki, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki (ö. 1993).
1920 – Denton Kuli, ilk dəfə insanlara süni ürək implantasiya edən amerikalı cərrah (1969) (ö. 2016).
1988 – Artyom Dzyuba, rusiyalı futbolçu.
1993 – Laura Dahlmeier, Alman biatlonçusu, iki qat dünya çempionu.
1975 – Aygün Bəylər – Azərbaycan Respublikasının "Əməkdar artist"i (2002).
1985 – Ruslan Məcidov – Azərbaycan futbolçusu.