Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi - konfrans
Siyasət

Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi - konfrans

Mayın 6-da Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi müasirliyi" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Baş nazir Əli Əsədov Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra konfrans "Gülüstan" sarayında işə başlayıb.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotosərgi ilə tanış olublar.

Dövlət hökumət rəsmilərinin iştirak etdikləri konfransda Baş nazir Əli Əsədov açılış nitqi ilə çıxış edib. Əli Əsədov dünyaşöhrətli siyasətçi dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş dövrü kimi yazıldığını bildirib. Qeyd edilib ki, 1969-cu il iyulun 14- Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsinə seçilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Ulu Öndərin respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər Azərbaycan tarixinə irimiqyaslı quruculuq dinamik inkişaf illəri kimi daxil oldu. Heydər Əliyev sovet rejiminin bütün imkanlarından maksimum istifadə edərək, Azərbaycanı keçmiş SSRİ miqyasında qabaqcıl respublikalar sırasına çıxardı, mərkəzdən dotasiya almayan iki respublikadan birinə çevirdi.

Baş nazir vurğulayıb ki, müstəqillik dövründə Ulu Öndər respublikanı böyük təhlükə çətinliklərdən qurtararaq sabit inkişaf yoluna çıxardı. Məhz Heydər Əliyevin qətiyyəti yorulmaz səyləri nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar edildi, iqtisadi inkişafın əsası qoyuldu, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial mədəni islahatlar həyata keçirilərək bütün sahələr üzrə dinamik inkişaf təmin edildi. Dözülməz vəziyyətdə yaşayan bir milyondan çox qaçqın məcburi köçkün məhz Ulu Öndərin davamlı diqqəti yorulmaz səyləri nəticəsində dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər öz həllini tapmağa başladı.

Ulu Öndər Heydər Əliyevin uğurlu neft strategiyasına diqqət çəkən Baş nazir bildirib ki, bu sahədə növbəti mühüm addım hasil olunan neftin dünya bazarlarına nəql edilməsi idi. Heydər Əliyevin 2002-ci ildə təməlini qoyduğu, Prezident İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində 2006- ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri Şərq-Qərb enerji-nəqliyyat dəhlizinin əsasını təşkil etdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri daha da genişləndirilərək nəhəng "Şahdəniz" layihəsi üzrə qazın nəqli üçün Cənub Qafqaz Boru Kəməri, TANAP, TAP kimi transmilli arteriyaların yaranmasına gətirib çıxardı: "Bu, təkcə Azərbaycan neftinin Avropa dünya bazarlarına çıxışı deyil, Azərbaycanın özünün dünyanın siyasi səhnəsinə çıxışı idi. Neft strategiyası Azərbaycanın davamlı inkişafını şərtləndirdi, respublikamız qlobal regional miqyasda etibarlı tərəfdaş söz sahibi olan qüdrətli ölkəyə çevrildi. İrimiqyaslı neft qaz layihələri ilə yanaşı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələr, eləcə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə Azərbaycan dünyanın logistika nəqliyyat mərkəzlərindən birinə çevrildi".

Bildirilib ki, bu gün Heydər Əliyevin ideya siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev praqmatik çevik siyasəti, sistemli yanaşması ardıcıl islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli ölkəyə, regionda dünyada öz mövqelərini inamla möhkəmləndirən nüfuzlu dövlətə çevirib.

Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov