Qarabağ bölgəsi zəngin mədəni-dini irsə malikdir. Həmin ərazilərdə mövcud olan mədəni-dini abidələr tarixin bir qalığıdır. Lakin vandalizmin, sözün əsl mənasında, ana vətəni olan ermənilər öz çirkin əməllərini davam etdirərək burada mövcud olan Azərbaycanın qədim tarixinə məxsus abidələri ya məhv ediblər, ya da tövlə halına gətirib hissiyyatımızla oynayıblar.
Erməni separatçılarının Qarabağda mədəni, dini və tarixi abidələri darmadağın etməklərinin bir çox səbəbləri olub. Əvvəla onlar Qarabağ bölgəsində yeni bir mədəniyyət yaratmaq, öz mədəniyyətlərini sonrakı nəsillərə ötürmək niyyətində olublar. Haylar Qarabağdakı abidələrə zərər vuraraq, bu bölgəni Azərbaycan Respublikasından ayrılmış separatçı bir dövlət kimi tanıtdırmaq istəyiblər. Digər bir səbəb isə şübhəsiz ki, etnik təmizləmədir. Erməni separatçılar, doğma torpaqlarımızın əbədi sakinlərini zorla evlərindən çıxarıb mədəni və tarixi abidələri dağıtmaqla azərbaycanlıların mədəni irsinin izlərini silməyə çalışıblar.
Şuşa şəhərində yerləşən və XVIII əsrdə tikilmiş Şuşa məscidi, XIX əsrdə tikilmiş Ağdam məscidi, Xocalının Əli Bayramlı kəndindəki İbrahimli məscidi, Füzulidəki Təzəkənd kəndindəki Xudafərin məscidi erməni separatçıları tərəfindən darmadağın edilib. Lakin təkcə məscidlər yox, həm də tarixi abidələr, məktəblər, muzeylər və Azərbaycanın tarixi-mədəni irsinə məxsus bütün məkanlar dağıdılıb. Laçın rayonundakı Kərkicahan qalası, Xocalı rayonunun Mərcanlı kəndindəki Məscid-i Cümə, Şuşa şəhərindəki İmamzadə türbəsi erməni separatçıları tərəfindən məhv edilib. Həmçinin 2645 tarixi və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey, 102757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon ədəd kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, 50 mindən çox vətəndaşın şəxsi kolleksiyasına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları dağıdılıb, məhv edilib və ya mənimsənilib.
Lakin hazırda dövlətimiz dağıdılmış dini məbədlərin yenidən bərpasına nail olur. Dövlət başçımız din məsələsinə olduqca həssas yanaşır və prosesləri yaxından izləyir. Prezident İlham Əliyev öz çıxışlarının birində bildirib: "Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir".
Hayların əksinə, ölkəmiz qədim torpaqlarımızı işğaldan azad etdikdən sonra o yerlərə həyat verir. Vətən müharibəsindəki qələbənin ilk günündən bölgədə yenidənqurma və bərpa işləri sürətlə davam edir.
Son illərdə Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub. Bununla yanaşı, Bakıda Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb, erməni kilsəsi təmir edilib. Prezident İlham Əliyev 2017-ci ili "İslam Həmrəyliyi İli" elan edib. Bununla yanaşı, ölkəmiz İslam Həmrəyliyi Oyunlarına, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, Mədəniyyətlərarası Dialoq forumları və Bakı Humanitar Forumu kimi dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Şübhəsiz ki, bu yanaşma da Azərbaycanın həm İslam dininə, həm də sivilizasiyalararası dialoqla qlobal sülhə töhfəsinin ifadəsidir. Ölkəmizin Qarabağda gördüyü quruculuq işləri bir çox sahələri əhatə edir.
Şəhərlər və kəndlər bərpa olunur, yenidən qurulur. Bu sahədə həm dövlət tərəfindən, həm də fərdi şirkətlər tərəfindən bir çox layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində, yeni yollar və körpülər salınır, su və kanalizasiya sistemləri, kommunikasiya infrastrukturu və sair qurulur.
Turizm sektoru da Qarabağın yenidən qurulmasında strateji sahələrdən