"Hürriyyət":
Sahibə Qafarova Əminə Ərdoğan ilə görüşüb
Türkiyənin məşhur "Hürriyyət" qəzeti Əminə Ərdoğan və Sahibə Qafarovanın görüşü barədə məlumat yayımlayıb. Yazıda Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın Birləşmiş Millətlər Təşkilatı (BMT) katibinin xüsusi dəvəti ilə 30 mart Beynəlxalq Sıfır Tullantı Günü ilə bağlı keçirilən xüsusi sessiyada iştirak etmək üçün gəldiyi bildirilib. Yazıda, həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanın Türkiyədə baş vermiş zəlzələ ilə bağlı birinci xanım Əminə Ərdoğana öz kədərini bildirdiyi də əks olunub. Birinci xanım Ə.Ərdoğan Azərbaycanın zəlzələdən sonra Türkiyəyə ilk yardım əlini uzadan ölkə olduğuna görə təşəkkür edib. Bundan başqa, görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirakı qeyd olunub. Əminə Ərdoğan görüş sonrası şəxsi ''Twitter'' səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Sıfır tullantı ilə bağlı təcrübələrimizi bölüşdük. Ətraf mühit problemlərinin bütün dünya ölkələrinin məsuliyyəti olduğu mövzusunda və iqlim böhranı ilə birgə mübarizədə həmfikirik".
Xatırladaq ki, BMT Baş Assambleyası 14 dekabr 2022-ci ildə "sıfır tullantı" ilə bağlı qətnamə qəbul edib. Bununla da 30 mart Beynəlxalq Sıfır Tullantı Günü elan olunub.
"ANADOLU AJANSI":
Azərbaycan Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin
Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakıda görüşməyi təklif edir
Türkiyənin xəbər agentliyi "Anadolu Ajansı" Azərbaycanın Qarabağdakı erməni ictimaiyyətinin nümayəndələrinə regionda reinteqrasiya və infrastruktur layihələrini müzakirə etmək üçün Bakıda görüşməyi təklif etməsi barədə məlumat yayıb. Xəbərdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından verilən açıqlamada martın 1-də Xocalıda keçirilən görüşün və martın 13-də təqdim edilən dəvətin davamı olaraq, Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə aprelin ilk həftəsində Bakı şəhərində görüş təklif olunub. Bildirilib ki, görüşdə Qarabağdakı erməni ictimaiyyətinin reinteqrasiyası və Qarabağda həyata keçirilən infrastruktur layihələri müzakirə olunacaq. O da qeyd olunub ki, Azərbaycan növbəti görüşün martın 13-də Bakıda keçirilməsini təklif edib, lakin bu təklif qəbul olunmayıb.
"The Times of İsrael":
Azərbaycan və İsrail strateji əlaqələri müzakirə ediblər
İsrailin rəsmi "The times of İsrael" nəşri martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılması, eləcə də iki ölkənin xarici işlər nazirlərinin görüşü barədə məqalə dərc edib. Yazıda bildirilib ki, rəsmi Azərbaycan və İsrail müttəfiqliyi zəruridir. Çünki Azərbaycan İranla sərhəddə yerləşir, bu da eyni coğrafiyada yerləşən İsrail üçün Bakını cəlbedici strateji tərəfdaş edir.
İsrailin xarici işlər naziri Əli Kohen də görüşdə bu məsələyə toxunub. Nazir bildirib ki, İran Yaxın Şərq və Cənubi Qafqazda sabitliyi pozur. Bu baxımdan da İsrail və Azərbaycan İranın təhdidləri ilə bağlı bənzər narahatlığı bölüşür.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə öz növbəsində bildirib ki, Bakı ilə İsrailin hərbi sahədən əlavə, iqtisadi müstəvidə də geniş əməkdaşlıq perspektivləri var. C.Bayramovun sözlərinə görə, ölkəmiz İsrailin neft ehtiyacının 30 faizini təmin edir. Məqalədə də vurğulanıb ki, Azərbaycanın İsrailin milli təhlükəsizliyinə verdiyi ən mühüm töhfə məhz neftdir.
"AL Jazeera":
Laçın-Xankəndi yolunda müvafiq keçid məntəqəsi yaradılmalıdır
İsrailin məşhur "AL Jazeera" xəbər saytı Qarabağda baş verən atışma ilə bağlı məlumat yayımlayıb. Yazıda mübahisəli anklavda atışma nəticəsində iki Azərbaycan, üç Ermənistan hərbçisi olmaqla 5 nəfərin həlak olduğu qeyd olunub. Hadisənin Azərbaycan qoşunları ilə separatçı ermənilər arasında baş verdiyi vurğulanıb. Məqalədə Azərbaycanın Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlaması da dərc olunub. Atışmaya əsas səbəb Azərbaycan hərbçilərinin qeyri-qanuni silah daşımaqda şübhəli bilinən karvanı dayandırmağa çalışması olduğu