Milli dövlətçilik tariximizə adını qızıl hərflərlə əbədi həkk etmiş Azərbaycan xalqının əbədiyaşar xilaskarı Heydər Əliyev XX əsrin sonunda xalqımızı əsrlər boyu can atdığı həqiqi müstəqillik missiyasına qovuşdurmuş, mütərəqqi ideyaları ilə zəngin olan yeni dövlətçilik konsepsiyasını işləyib hazırlamış, onun dayanıqlı inkişafı üçün etibarlı sosial-iqtisadi və siyasi-hüquqi baza hazırlamışdır.
Ulu öndər Heydər Əliyev yaddaşlarda tarix yaradan dahi şəxsiyyətlərdən biri kimi qalmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev öz xalqına, vətəninə sonsuz sədaqəti, bitməz-tükənməz sevgisi, uzaqgörənliyi, qayğıkeşliyi, gərgin əməyi ilə ölkəmizin XX əsr ictimai, siyasi, iqtisadi, hüquqi, mədəni həyatında yeni bir şərəfli tarix səhifəsi yazmışdır.
Sağlığında tarixdə çox nadir insanların nail olduğu ümummilli liderlik səviyyəsinə yüksəlmiş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına meydana gətirdiyi dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, xalqın müstəqilliyinin əbədiliyini qoruyub saxlaya bilmişdir.
Bu dahi rəhbərin ümummilli liderə çevrilməsinin ən başlıca amili onun ölkəmizin ən çətin və mürəkkəb siyasi hadisələrlə çalxalanan bir dövründə xalqının, dövlətinin problemlərinə biganə qalmaması, nəbzinin Azərbaycanla bir döyünməsi olmuşdur. Ulu öndər Heydər Əliyevin söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bir ömrün hesabatının ən gözəl təsviridir.
Ulu öndər Heydər Əliyevin ömrü Azərbaycanın XX əsr tarixinə müdriklik, vətənpərvərlik, azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər harmonik birliyinin qüdrətli yenilməzliyini reallığa çevirdi, xalqına, dininə, dilinə, tarixinə, milli adət-ənənəsinə sadiq olanların daim yaşayacağını təsdiq etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub yaradanların heç zaman unudulmayacağını göstərdi.
Dünyaşöhrətli böyük strateqin irəli sürdüyü demokratikləşmə konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi uğurlara adekvat olaraq inkişaf etməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmlərinin formalaşdırılması, eləcə də ölkəmizin hüquq sisteminin müasirləşdirilməsi məsələlərini özündə ehtiva etmişdir.
Fenomenal siyasətçi Heydər Əliyevin milli dövlətçilik qarşısında ən böyük əvəzolunmaz xidmətlərindən biri kimi müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsini xüsusilə qeyd etmək lazımdır. XX əsrin miqyasına görə analoqu olmayan qlobal layihələrindən biri kimi enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən daha da inkişaf etməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına çox güclü təkan vermişdir.
Böyük öndərin aqrar sahədə həyata keçirdiyi parlaq siyasətin nəticəsində 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın əhaliyə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş vermiş, keyfiyyətcə fərqli münasibətlər formalaşmışdır.
Hər bir dövlətin müstəqilliyini şərtləndirən başlıca amillərdən biri onun xalqın iradəsinə əsaslanan, dövlət quruluşunu, əsas insan və vətəndaş hüquqlarını, qanunvericilik, icra və məhkəmə hakimiyyətini və dövlət həyatının digər fundamental məsələlərini özündə əks etdirən əsas qanununun - konstitusiyasının mövcud olmasıdır. 1995-ci ildə xalqın azad iradəsi əsasında müdrik rəhbərin silinməz dəst-xəttinin, zəngin həyat təcrübəsinin və işıqlı zəkasının ən böyük əsəri olan, müstəqil Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk milli Konstitusiyasının qəbuluna nail olunmuşdur.
Heydər Əliyevin memarı olduğu Konstitusiyamız öz demokratikliyi, humanistliyi və dolğunluğu ilə seçilərək müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratmışdır. Məhz bu tarixi hadisədən sonra ölkəmizdə hüquqi islahatlara başlanılmışdır. Bundan sonrakı dövrlərdə də ümummilli lider dövlət-vətəndaş