"Düşünürəm ki, geosiyasi dəyişikliklərin sizə problem yaratmaması, əksinə, sizin üçün imkanlar yaratması sizdən, sizin strategiyanızdan, sizin vəziyyəti doğru təhlil etməyinizdən və həmçinin sizin prinsipial siyasətinizdən asılıdır. Çünki əgər ölkələr manevr etməyə başlasalar, məsələn, bizim hazırda Ermənistanda şahidi olduqlarımız kimi, bu, manevr etmək cəhdidir, iki stulda deyil, düşünürəm ki, minimum 4 stulda oturmaq cəhdidir. Bu isə mümkün deyil". Bu fikirləri Azərbaycan Prezidenti ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransında deyib.
Azərbaycana gəlincə ölkə başçısı qeyd edib ki, istər regional inkişafla, istər beynəlxalq məsələlərlə, ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasətimiz olsun, tamamilə aydındır. Zənnimcə, Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də "kimsə gəlib onların yerinə döyüşəcək" illüziyalarının yox olması ilə əlaqədardır. Əlbəttə ki, Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün hazırda Azərbaycanın enerji ehtiyatlarına əvvəllər olduğundan daha çox ehtiyac var. Mən ölkəmizin perspektivləri ilə bağlı bədbin fikirdə deyiləm, daha çox nikbin fikirdəyəm, lakin həmişə realist olmağa çalışıram.
Ermənistanda isə vəziyyət getdikcə daha acınacaqlı hal alır. İqtisadiyyatı durğun, ordusu dağılmış, cəmiyyəti parçalanmış vəziyyətdə olan bu ölkədə müxalifətin varlığı da şübhəlidir. Hakimiyyət illüziya ilə hakimiyyətdədir, müxalifət müxalifətdə, ictimaiyyət isə qayğısız həyat illüziyasıyla yaşayır. Rəsmi İrəvan zaman-zaman məntiqsiz və qərəzli addımları ilə süni gərginliklər yaratmağa çalışır. Qeyri-konstruktiv mövqe tutaraq sülh sazişinin bağlanmasına əngəllər törədir. İrəvan bilərəkdən təxribatlara əl atmaqla sülh prosesini pozmağa cəhd göstərir. Çünki döyüş meydanında məğlub olan və kapitulyasiya aktına imza atan Ermənistan rəhbərliyi bu alçaldıcı məğlubiyyətlə barışmaq istəmir. Azərbaycan qoyulan müddətdən əvvəl şərtləri yerinə yetirir. Ermənistan isə indiyədək istənilən proseslərə maneçilik törədib. Heç bir istiqamətdə demək olar ki, konkret irəliləyiş qeydə alınmayıb. Ermənistan prosesi qeyri-müəyyən müddətə təxirə salmaq taktikasına əl atır və geosiyasi hadisələrin öz xeyrinə dönüşünü gözləyir. Oxşar taktika İkinci Qarabağ müharibəsindən əvvəl də tətbiq edilmiş və uğursuzluqla nəticələnmişdi.
Hazırda Azərbaycanın Ermənistan sərhədinin Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi qurması dünyaya, Ermənistana və başqalarına qarşı heç də əzələ nümayişi deyil. Azərbaycan öz suveren ərazisində haqqı olanı edir. Səbəb də artıq məlumdur. Ermənilər həmin yoldan indiyə kimi mina və silah-sursat daşımaq üçün istifadə edib. Ona görə də bunun nə 10 noyabr 2020-ci ildə əldə olunmuş üçtərəfli razılaşmaya, nə də ki, digər beynəlxalq qanunlara aidiyyəti yoxdur və ziddiyyət təşkil etmir. Azərbaycanın öz suveren ərazisində istədiyi addımı atmaq ixtiyarı var. Ölkəmiz haqlı olaraq da bundan istifadə edir. Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan sülh barədə yox, müharibə barədə düşünür. Görünən odur ki, həm Brüsseldə, həm Amerika Birləşmiş Ştatlarında görüşdə əldə edilən uğurlardan sonra biz Ermənistanın təxribatlara əl atdığını görürük. Əslində həm ABŞ, həm də Brüsseldə keçirilən görüşlərdə tərəflər müəyyən məsələlərlə bağlı razılığa gəlmişdilər və tərəflərin müəyyən bir məsafəni qət etdiyini görürdük. Amma son proseslər onu göstərdi ki, Ermənistan təxribatlara davam etmək niyyətindədir.
Azərbaycan və Ermənistan arasında münaqişədən sonra normallaşma ilə bağlı müzakirələr aparılır. Ermənistan bu reallığı tanımalı və ona uyğun hərəkət etməlidir. Əgər bu ölkə həqiqətən də regionda sülh və sabitlikdə