Cari əməliyyatlar hesabının profisiti ÜDM-in 14.5 faizini təşkil edib
İqtisadiyyat

Cari əməliyyatlar hesabının profisiti ÜDM-in 14.5 faizini təşkil edib

Cari ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 5.2 milyard dollar və ya ÜDM-in 14.5 faizini təşkil edib (2022-ci ilin 6 ayı üzrə 10.3 milyard dollar profisit olub).

Azərbaycan Mərkəzi Bankından “Respublika”ya bildirilib ki, neft-qaz sektoru üzrə cari əməliyyat balansının (CƏB) profisiti ötən ilin müvafiq dövrünə nəzərən 34.5 faiz azalaraq 8.2 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 37.8 faiz artaraq 3.1 milyard dollar məbləğində olub.