Azərbaycan ilə Ermənistan arasında əhatəli və dayanıqlı sülh sazişinin imzalanması üçün addımlar atılır
Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinə doğru növbəti addımın atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru və itkin düşənlərin taleyi məsələləri müzakirə edilib.
"Azərbaycan və Ermənistan liderləri Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm". Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib. Qeyd edib ki, gündəlikdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş danışıqların müsbət impulsunu saxlayaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında 4 gün davam edən üçtərəfli görüş keçirilib. Diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələləri müzakirə ediblər. Onu da qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarında bu ölkənin dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü, bundan sonrakı proseslər Cənubi Qafqaza gələ biləcək sülhün ilk işartıları hesab olunurdu. Vaşinqtonda sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələr aparılıb. ABŞ dövlət katibi Entoni Blinken də görüşlə bağlı maraqlı açıqlamalar verib. Bildirib ki, dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır. Lakin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşdə də münasibətlərin nizamlanması və sülh sazişi ilə bağlı müzakirələrdə də istənilən nəticə əldə olunmayıb. Yəni Praqa, Soçi və bu günədək davamlı olaraq keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə gedən proseslər ABŞ danışıqlarında da təkrarlanıb. Ermənistan xislətinə sadiq qalıb. Göründüyü kimi, bəyanatlardan irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina edən Ermənistan müxtəlif bəhanələrlə sülh sazişini imzalamağa "tələsmir". Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və mümkün sülh müqaviləsinin imzalanmasında vasitəçi olan ABŞ başqalarından fərqli olaraq bölgədə sülhün yaranmasında maraqlıdır. ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh müzakirələrinin Brüsseldə davam etdirilməsi fikrini dəstəkləmişdi.
Göründüyü kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqə saxlamaqda davam edir. Avropa İttifaqının gizli gündəliyi yoxdur, qurumun "yeganə məqsədi Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir". Bu fikri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə birgə görüşdən sonra bildirib. Aİ Şurası, həmçinin növbəti müzakirələrin iyunun 1-də Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində davam edəcəyini, həmin görüşə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da qatılacağını təsdiqləyib. Şarl Mişel bu ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu ifadə edib. Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü 2022-ci ilin oktyabrında Praqada Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutmuşdu. İlham Əliyev və N.Paşinyan Mişelin vasitəçiliyilə Brüsseldə bir neçə görüş keçiriblər.
Azərbaycan tərəfinin