Sovet dövrü
Məlum olduğu kimi, XX əsrdə iki dəfə uğurlu tarixi təsadüf nəticəsində müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı üçün real imkanlar yaranmış, dövlətçiliyin əsası, mahiyyəti olan müstəqillik əldə olunmuşdur. Birinci dəfə əsrin əvvəllərində, rus imperiyasının çökməsi nəticəsində Azərbaycan müstəqillik qazandı, parlamentli respublika olan ADR yarandı. Gözləmək olardı ki, 1918-ci il mayın 28-də yaradılmış, az bir vaxtda demokratik və mütərəqqi islahatlar keçirməyə nail olmuş ADR zəngin təbii sərvətlər əhatəsində tərəqqi və inkişaf edəcəkdir. Ancaq Azərbaycanın müstəqilliyini iki ildən artıq qoruyub saxlamaq mümkün olmadı. Parlament mütləq səs çoxluğu ilə (bir nəfər əleyhinə olmaqla) qərar qəbul edib hakimiyyəti bolşeviklərə təhvil verdi. Bolşeviklər də rus ordusunu Azərbaycana dəvət etdilər. Biz bunları yaradan daxili və xarici səbəblərdən, bu iki ildə baş verən parlament çəkişmələrindən, bir neçə hökumət dəyişməsindən danışmaq istəmirik (bunlar bir ayrı yazının mövzusudur). Sadəcə olaraq, demək istəyirik ki, müstəqilliyi qorumaq, onu qazanmaqdan qat-qat çətindir.
Beləliklə, Azərbaycan öz müstəqilliyini itirdi, kağızda parlamentli respublika kimi qalsa da, əslində fövqəlbəşər federativ dövlətin, Sovet İttifaqının muxtar qurumlarından birinə - Sovet Respublikasına çevrildi. Düşünürəm ki, Sovet Azərbaycanının tarixində ən əlamətdar hadisələrdən biri 1969-cu ildə Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsinə idarəçilik sahəsində təcrübəli, qətiyyətli xarakterə, güclü intellektə malik bir şəxsin, Heydər Əliyevin seçilməsi idi. Bu dövrdə müstəqillikdən danışmaq mümkün deyildi, müstəqil Azərbaycan haqqında yalnız düşünmək, müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Heydər Əliyev də bu yolu tutdu, Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan maksimum istifadə etdi. Qısa bir müddətdə, 14 ildə Azərbaycan İttifaqın kiçik xammal respublikasından əhəmiyyətli sənaye mərkəzinə çevrildi. Milli-mənəvi dəyərlər inkişaf etdi, çoxmillətli əhali vahid Azərbaycan xalqına çevrildi.
Hazırda müstəqil Azərbaycanın demək olar ki, bütün əhəmiyyətli sənaye və istehsal sahələri, elm və mədəniyyət mərkəzləri Heydər Əliyevin adı ilə bağlıdır. Onun birinci rəhbərliyi dövründə görülən işləri, nailiyyətləri saymaqla qurtaran deyil: Elmlər Akademiyasının yeni binalarının və Bakı metrosunun yeni stansiyalarının tikintisi, Respublika və Prezident saraylarının, "Azərbaycan" və "Abşeron" mehmanxanalarının inşa edilməsi, Bakıda neft-maşınqayırma, Sumqayıtda kimya-metallurgiya, Gəncədə alüminium sənayesinin yaradılması, ittifaq əhəmiyyətli Dərin Özüllər və Kondisioner zavodlarının Bakıda tikilməsi, onlarla su və istilik elektrik stansiyalarının istifadəyə verilməsi, Bakıda, Gəncədə, Sumqayıtda, Naxçıvanda, Mingəçevirdə yeni-yeni yaşayış massivlərinin inşa edilməsi, Abşeron yarımadasında bütöv bir kurort-istirahət zolağının salınması, neçə-neçə ali təhsil müəssisələrinin, hərbi məktəblərin açılması, neft sənayesinin dirçəldilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, zəhmətkeşin irəli çəkilməsi və daha nələr, nələr…
Heydər Əliyev böyük siyasətçi, böyük lider olaraq dövrünü qabaqlayırdı, müasirlərinin təsəvvür etmədiyi, o dövr üçün fantastik olan layihələrin həyata keçirilməsinə nail olurdu. Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması belə layihələrdən biri idi. Məlum olduğu kimi, sovet dövründə hərb sahəsi, hərbi təhsil bilavasitə mərkəzin nəzarətində idi. Mərkəz (Moskva) hərbi kadrların yetişdirilməsi məsələsinə ciddi nəzarət edir, qeyri-slavyan, xüsusilə də türk mənşəli xalqların nümayəndələrinin hərbi rəhbərlikdən kənarda qalmasına çalışırdı. Bu, "böyük qardaş" siyasəti idi, məqsədi də aydın idi. Sovet dövründə bunun qarşısını almaq çətin idi. Amma Heydər Əliyev dühası bu "çətin işi"in də öhdəsindən gəlmişdi, hələ sovet dövründə Azərbaycanın gələcək milli zabit korpusunun yaradılmasının əsasını qoymuşdu. Həmin illərdə o, azərbaycanlı