Beynəlxalq ədaləti xalqından aldığı güc ilə təmin edən dövlət başçısı cənab İlham Əliyev bütün dünyaya göstərdi ki, 30 il ərzində həllini qeyri-mümkün hesab etdiyiniz münaqişə 44 gün ərzində necə həll olunur. Uğurla aparılan Vətən müharibəsi postmünaqişə dövründə yeni reallıqlar yaratdı. Artıq Azərbaycan məğlub ölkə deyil, regionda maraqları təmin olunan, qalib ölkə imicini özündə formalaşdırıb və bu, xarici güclər tərəfindən də qəbul edilib.
Nikol Paşinyanın hakimiyyətə yeni gəldiyi vaxtlarda "Qarabağ Ermənistandır nöqtə" deməsi onsuz da müşkülə çevrilmiş danışıqlar prosesinə kölgə salmışdı. Nikolun bu ifadəni nə üçün dilə gətirdiyini təhlil etsək, bir sıra məqamlar ortaya çıxar. İlk növbədə İrəvan hərbi-siyasi rəhbərliyi dondurulmuş hesab edilən münaqişənin gedişatından arxayınlaşmış, qlobal güclərdən aldığı dəstək sayəsində işğal etdiyi torpaqları nə vaxtsa Azərbaycana qaytaracağını güman etmirdi.
İkinci bir məsələ isə təcrübəsizliyi, qarşısındakı dövləti və onun rəhbərini yaxşı tanımaması olub. Dövlət başçısı İlham Əliyevlə çıxdığı debatlarda naşılığı və savadsızlığı üz-gözündən tökülən Paşinyanın illər keçdikcə Azərbaycan rəhbərini daha yaxından tanıyır, onunla təhdid dilində danışmağın mümkün olmadığını və yaxud qarşıya yeddi şərt qoymaqla iki ölkə arasındakı problemlərin həll olunmayacağını anlayır. Hazırkı Ermənistanda təmsil olunan iqtidar düşdükləri çarəsiz durumun günahını özlərində deyil, Serjikdə, Koçaryanda görür. Halbuki, apardığı işğalçılıq siyasəti nəticəsində özünü Azərbaycan və Türkiyəyə düşmən etməklə üzləşdiyi ağır iqtisadi tənəzzülün, ölkə parlamentində və ictimaiyyətində hökm sürən xaosun yeganə həlli ona təklif olunan məlum beş prinsipdən ibarət sülh müqaviləsinin imzalanmasından asılıdır.
Qarabağın erməni sakinləri artıq dünyada təcrid olunmuş halda yaşamaq istəmir. İllərdir separatçı rejim tərəfindən izolyasiya olunmuş halda həyatlarına davam edən Qarabağ erməniləri təkcə Ermənistan və onun əlaltısı olan xunta rejiminin deyil, bir sıra qlobal güclərin də Cənubi Qafqazda siyasi oyuncağına çevrildiyini başa düşür. Dövlətimizin reinteqrasiya çağırışları uğrunda atdığı addımlar təqdirəlayiqdir və öz vətəndaşlarının alət kimi istifadə olunmasına etinasız yanaşmır. Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bu məqama da toxunub: "Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub-duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada".
Postmünaqişə dövründə aparılan uğurlu siyasətin bariz nümunələrindən biri də çoxdandır aktual mövzuya çevrilmiş Laçın rayonunda nəzarət-buraxılış məntəqəsinin qurulmasıdır. Siyasi və hərbi ekspertlər bu hadisəni tariximizin növbəti qələbəsi kimi izah edirlər. Əsas maraqlı məqamlardan biri də odur ki, Azərbaycan tərəfi hansı məsələni gündəliyə gətirirsə, bir müddət sonra onu reallığa çevirir. Bu da öz növbəsində siyasi iradə, sarsılmaz əqidə və peşəkarlıq tələb edir. Ermənistanla şərti sərhəddə quraşdırılan nəzarət-buraxılış məntəqəsində Dövlət Bayrağımız ucaldılıb. Əlavə olaraq, pasport yoxlanış məntəqəsi və gömrük işçilərinin fəaliyyəti də bərpa olunacaq. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Qarabağda yerləşən separatçı rejiminə də həyəcan təbilinin çalınmasını zəruri edib. Belə ki, onlar yaranmış yeni situasiya ilə əlaqədar yeni seçimlər qarşısında