29 avqust

Azərbaycanda olan hadisələr

1993 – Prezidentə etimad məsələsinə dair referendum keçirilib. Həmin referendumda Azərbaycanın səsvermə hüququna malik vətəndaşlarının 92,2 faizi iştirak edib, onların 97,5 faizi Əbülfəz Elçibəyə və onun başçılıq etdiyi AXC-Müsavat iqtidarına etimadsızlıq göstərmək barədə öz tarixi hökmünü verib.


Dünyada olan hadisələr

1521 – Belqrad şəhəri Osmanlı Ordusu tərəfindən fəth edilib.

1526 – Qanuni Sultan Süleyman Mohaçda Macar Ordusunu məğlub edib.

1541 – Osmanlı Ordusu Macarıstan Krallığının paytaxtı Budini ələ keçirib.

1605 – Esterqon qalası Osmanlı ordusu tərəfindən mühasirəyə alınıb.

1698 – I Pyotr əyanlarına saqqallarını qırxdırmağı və Avropa paltarlarını geyinməyi əmr edib.

1703 – I Pyotrun fərmanına əsasən 1 sentyabrda Oneqa gölü sahilində dəmir istehsalı zavodunun inşasına başlanılıb. Bu zavodun tikintisi Petrozavodsk şəhərinin yaranmasına səbəb olub.

1756 – Prussiya Kralı II Fridrix 60.000 nəfərlik ordu ilə Saksoniyanı işğal edib. Bu işğal Yeddi illik Müharibənin (1756-1763) başlanmasına səbəb olub.

1782 – İngilis döyüş gəmisi “HMS Royal George” Portsmut reydi zamanı batıb. Gəmidəki 1200 nəfərdən səkkiz yüzdən çoxu həlak olub.

1793 – Santo-Domingoda (Dominikan) köləlik ləğv edilib.

1825 – Portuqaliya Braziliyanın müstəqilliyini tanıyıb.

1831 – Michael Faraday ilk elektrik transformatorunu uğurla tətbiq edib.

1842 – Birinci Tiryək Müharibəsi Böyük Britaniya ilə Çin arasındakı Nanjing müqaviləsi ilə başa çatıb. Müqaviləyə əsasən, Çin Honq-Konqu İngiltərəyə verib və İngiltərə gəmiləri üçün beş liman açıb. Bundan əlavə 15.000.000 lian gümüş məbləğində hərbi təzminat ödəyib.

1855 – Osmanlı İmperatorluğunda ilk teleqraf bağlantısı olub. İstanbul-Ədirnə, İstanbul-Şumnu xəttinin tamamlanması ilə Şümnudan İstanbula ilk teleqram göndərilib. Krım müharibəsi haqqında məlumat verən teleqramda "Müttəfiq əsgərlər Sevastopola girdi" yazılmışdı. Türk qoşunları da müttəfiqlər arasında idi.

1882 – Avstraliya kriket oyununda ilk dəfə İngiltərəni məğlub edib. Bu səbəbdən “Sporting Times” qəzeti “ingilis kriket oyununa” nekroloq nəşr edib.

1883 – Kanadalı ixtiraçı və iş adamı Tomas Ahern Ottavada ilk elektrik sobasını (elektrik plitəsini) nümayiş etdirib.

1885 – Alman mühəndisi Qottlieb Daymler ilk motosiklet üçün patent alıb.

1897 – Teodor Herzlinin təşəbbüsü ilə 29-31 avqust tarixlərində Bazel şəhərində keçirilən I Dünya Sionist Konqresində Dünya Sionist Təşkilatı yaradılıb və David Ulduzu təşkilatın rəsmi emblemi olaraq qəbul edilib.

1910 – Koreyanın Yaponiyaya birləşdirilməsi haqqında Müqavilə qüvvəyə minib, Koreya Yaponiyanın müstəmləkəsinə çevrilib.

1918 – Polşa müstəqilliyini elan edib.

1926 – Nepalda köləlik ləğv edilib.

1938 – SSRİ-də universitetlərdə qiyabi təhsil tətbiq edilib.

1938 – Hərbi Məhkəmə Nazim Hikmətə ordunu təhrik etdiyi üçün 28 il 4 ay həbs cəzası verib.

1944 – Nasist hakimiyyətinə qarşı Slovak Milli qiyamı başlayıb.

1946 – İsveç, Əfqanıstan və İslandiya BMT-yə qəbul edilib.

1949 – SSRİ-də ilk atom bombasının (РДС-1) Semipalatinsk poliqonunda sınağı keçirilib.

1949 – Yuqoslaviya, Sovet iqtisadi blokadasının nəticələrini aradan qaldırmaq üçün maliyyə yardımı üçün ABŞ-a müraciət edib.

1954 – San Francisco Beynəlxalq Hava Limanı (SFO) açılıb.

1957 – SSRİ-də hərbi dairələrin və qoşun birləşmələrinin komandirlərinə tabe olan beş ayrı xüsusi təyinatlı batalyon (Spetsnaz) yaradılıb.

1966 – Misir yazıçısı və Müsəlman Qardaşlarının lideri Seyid Qutb edam edilib.

1975 – Səmada Leylək bürcündə supernova peyda olub.

1982 – Darmştadt (Qərbi Almaniya) alimləri Mendeleyevin dövri cədvəlinin 109-cu elementinin (Meytnerium) kəşf edildiyini bildiriblər.

1988 – İraq ordusunun hücumundan qaçan minlərlə kürd Türkiyə sərhədlərinə üz tutub.

1991 – Qazaxıstanda Semipalatinsk nüvə poliqonu bağlanıb.

1996 – Vnukovo Hava Yollarına məxsus Tupolev Tu-154 sərnişin təyyarəsi Arktikanın Spitsbergen adasında qəzaya uğrayıb: 141 nəfər ölüb.

1997 – ABŞ-ın Miçiqanda yerləşən köhnə nüvə elektrik stansiyası iqtisadi səmərəli olmadığına görə bağlanıb.

2005 – Katrina qasırğası Luizianadan Floridaya qədər olan bölgədə 1836 adamın ölümünə səbə olub və 115 milyard dollar ziyan vurub.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günü.
  • Slovak Milli Qiyamının ildönümü (1944).
  • Ukraynanın Müadiəsində Həlak Olanların Anım Günü.

Doğumlar

1780 – Jean Auguste Dominique Ingres, fransız rəssamı (ö. 1867).

1826 – Alexander Beideman (ö. 1869), rus rəssamı, qrafika rəssamı və memuarist.

1851 – Andrey Jelyabov, rus inqilabçı populisti, İmperator II Aleksandrın öldürülməsinin təşkilatçılarından biri (1881-ci ildə edam edilib).

1876  Çarlz Kettering, amerikalı mühəndis, ixtiraçı və sahibkar (ö. 1958).

1891 – Mixail Çexov, rus və amerikalı aktyor və rejissor, A.P.Çexovun qardaşı oğlu (ö. 1955).

1904 – Werner Forsmann, Alman cərrah və uroloq, ürək kateterizasiyası metodunun müəlliflərindən biri, Nobel mükafatı laureatı (1956) (ö. 1979).

1905 – Andrey Belozersky, biokimyaçı, SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı (ö. 1972).

1910 – Vivien Thomas, 1940-cı illərdə “Mavi Körpə Sindromu”nu müalicə etmək üçün prosedurlar hazırlayan afroamerikalı cərrah (ö. 1985).

1915 – İnqrid Berqman, İsveç kino aktrisası, üç Oskar mükafatı laureatı (ö. 1982).

1920 – Çarli Parker, amerikalı caz musiqiçisi (alt-saksofon), be-bop üslubunun banisi (ö. 1955).

1943 – Artur B. McDonald, Kanadalı astrofizik.

1958 – Maykl Cekson, amerikan pop kralı, müğənni, söz yazıçısı və bəstəkar (ö. 2009).

1959 – Stephen Wolfram, ingilis kompüter alimi, sahibkar və fizik.

1960 – Çingiz Mustafayev, azərbaycanlı jurnalist, Azərbaycanın milli qəhrəmanı (ö. 1992).