Dünyada yüzlərlə dövlət, xalq mövcuddur. Hər bir ölkənin daxili sistemi, məhkəməsi və ədalət prinsipi olduğu kimi, xaricdən də bağlı olduğu qurum və ya təşkilatlar var. Günümüzdə bu təşkilatların sayı həddindən artıq çoxdur.
Hər bir ölkə öz daxili prinsiplərinə uyğun olan qurumu özünə tərəfdaş seçib, onunla əməkdaşlıq edir. Lakin hazırda bir çox təşkilatlar öz vəzifəsini yerinə yetirmir, qərəzli mövqe nümayiş etdirir. 30 il müddətində BMT, ATƏT kimi böyük təşkilatların qəbul etdiyi heç bir qətnamənin yetinə yetirilməməsi buna əyani sübutdur.
Ölkə gündəmində son 2 ildə mövcud olan vəziyyətə nəzər salsaq dediklərimizin şahidi olarıq. Götürək elə Avropa Parlamentini. Parlamentin yaranan gündən bu yana rüşvət mövzusunda çıxan xəbərlərin ardı-arası kəsilmir. Bu da onu deməyə əsas verir ki, Avropa Parlamentinin parlamentariləri erməni lobbisindən aldıqları pullar müqabilində Azərbaycan əleyhinə danışırlar. Maraqlısı odur ki, parlament 2017-ci ildə "Üçüncü ölkələrdə korrupsiya və insan hüquqları" adlı sənəd hazırlayıb. Sənədə əsasən korrupsiya pislənir, onun insan hüquqlarına çox böyük təhlükə olduğu, həmçinin korrupsiya ilə mübarizənin böyük əhəmiyyət kəsb etdiyi bəyan edilirdi. Bu sənəd Azərbaycana qarşı hazırlanmış növbəti qərəzli bəyanat idi. Görünür, parlament öz əməllərini ört-basdır etmək və fikri yayındırmaq üçün bu addımı atıb. Lakin Avropa Parlamentinin korrupsiya skandalı nəhayət ki, sözün əsl mənasında, gün üzünə çıxdı. Hadisə dünyada beynəlxalq antikorrupsiya gününün qeyd edildiyi tarixdə baş verib. Belçika polisi parlamentdə fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs edib. Sensasiya yaradan əsas məqam isə saxlanılanlar arasında Avropa Parlamentinin vitse-prezidenti və yunanıstanlı deputat Eva Kailinin olması idi. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, parlament 600 min avro rüşvət aldığı ölkənin xeyrinə müxtəlif iqtisadi və siyasi qərarlara təsir etməyə çalışıb. Deputat saxlanıldıqdan sonra 16 müxtəlif bölgədə araşdırma aparılıb və külli miqdarda zinət, dəyərli əşyalar və pulla dolu çamadanlar tapılıb.
Elə Avropa İttifaqının (Aİ) da son günlər attığı addımlar və Azərbaycan tərəfinin fikirlərini almadan verdiyi qərarlar qərəzli mövqe daşıyır. Təəssüf ki, son illərdə Aİ-nin təşkilati strukturu demək olar ki, bir neçə yerə bölünüb. Bir çox məsələlərdə fərqli mövqe tutduğuna görə Aİ-nin həm beynəlxalq, həm də daxili nüfuzu zəifləyir. Ötən il Avropa İttifaqının mülki missiyasının sərhəd bölgəsinə göndərilməsi ilə bağlı qərar qəbul edilib. Lakin Prezident İlham Əliyev ölkə ərazisində belə bir fəaliyyətə etiraz etsə də, missiyanın 2 ay nəzərdə tutulan fəaliyyəti baş tutub. Əlbəttə, Avropa İttifaqının sülh missiyası adı altında bölgəyə göndərdiyi qrup heç bir statusa malik olmadan sülhün deyil, Qərbin, xüsusilə də Fransanın bölgədəki məkrli ermənipərəst mövqeyinin növbəti təzahürüdür. Lakin hiyləgər Hayastan hakimiyyəti istədikləri nəticəni ala bilmədikləri üçün növbəti dəfə də missiyanı bölgəyə çağırıblar. Fevralın 20-də Avropa İttifaqının növbəti 100 nəfərlik missiyası Ermənistanda fəaliyyətə başlayıb. Əlbəttə, rəsmi Bakı bu addımları qınayır və atılan addımların sülhə maneə olduğunu bildirir. Lakin beynəlxalq ictimaiyyət regionda öz hakimiyyətini qurmaq üçün növbəti dəfə daha bir yola əl atıb. Aİ-nin İrəvandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib ki, Avropa İttifaqının missiyası yaxın aylarda Cermuk, İcevan və Yeqqnadzorda üç əlavə əməliyyat mərkəzi açmağı planlaşdırır. Lakin bu iki təşkilatdan fərqli olaraq Avropa Siyasi Birliyi (ASB) Qafqazın bütün ölkələrinə bərabər münasibət göstərir. Bu günə qədər qurumun 2 sammiti baş tutub. Hər ikisinə də Azərbaycanın dəvət edilməsi və yüksək səviyyədə iştirakı mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, ASB platformasının qarşısında qitənin ölkələri arasında siyasi cəhətdən əlaqələndirmək, ümumi maraq doğuran məsələlərin