MƏNƏVİ DƏYƏRLƏRİMİZİN HİMAYƏDARI
Siyasət

MƏNƏVİ DƏYƏRLƏRİMİZİN HİMAYƏDARI

Xalqımızın böyük oğlu, görkəmli ictimai-siyasi dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna rolu misilsiz xidmətləri olmuşdur. İstər sovet dönəmində, istərsə müstəqillik illərində ölkəmizin inkişafına, tərəqqisinə yönəlmiş nəhəng quruculuq işləri, həyata keçirilmiş genişmiqyaslı islahatlar ulu öndərimizin adı ilə bağlıdır.

Əbədiyaşar lider müstəqil Azərbaycanı zamanın ən çətin, sərt sınaqlarından məharətlə çıxararaq ölkəmizin suverenliyini, dövlətçiliyini qoruyub möhkəmləndirmişdir. Müdrik rəhbər çıxışlarının birində bu barədə demişdir: "Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövlətini çatdırmaqdan ibarətdir".

1993- ilin iyun ayında dahi rəhbərin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyə nail olundu, bütün sahələrdə inkişaf, yüksəliş təmin edildi.

1995-ci ildə ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiya ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olundu. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl, qətiyyətli, uğurlu islahatlar aparıldı.

Həyatının mənasını xalqına dövlətinə təmənnasız xidmətdə görən ulu öndər Heydər Əliyev hələ sağlığında əfsanələşmiş dahi, qüdrətli lider kimi tanınmışdır. "Azərbaycan mənim ürəyimdir", - deyən bu müdrik şəxsiyyət fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq prinsipini daim rəhbər tutmuşdur. Bu da aydın bir həqiqətdir ki, hələ sovetlər dönəmində ölkəmizi, xalqımızı çoxları bu görkəmli şəxsiyyətə görə tanıyırdı.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu memarı, azərbaycançılıq ideologiyasının banisidir. Dahi rəhbər azərbaycançılığı milli ideologiyanın ayrılmaz hissəsi hesab edirdi. Məhz ulu öndərin fədakarlığı, yorulmaz səyləri sayəsində azərbaycançılıq dövlətimizin milli ideologiyası kimi bu gün həm siyasi məfkurəyə çevrilmişdir. Müstəqil dövlətimizin inkişaf kursunu müəyyənləşdirərkən ümummilli lider bu barədə demişdir: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Dahi öndər bütün fəaliyyəti boyu azərbaycançılığın tərkib hissəsi olan milli-mənəvi, dini dəyərlərimizin qorunub inkişaf etdirilməsinə xüsusi önəm verirdi. "Milli-mənəvi dəyərlərin qorunması haqqında" məşhur bəyanatında yazırdı: "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq ola bilməz".

İslam dini başqa dinlərdən fərqli olaraq yalnız dini etiqad deyil, həm həyat tərzi, əxlaq mənəviyyatdır. Məhz İslam dini bu gün Azərbaycanda birləşdirici amil kimi çıxış edir. Ulu öndər deyirdi ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Biz heç zaman imanımızdan, dinimizdən uzaqlaşmayacaq bu mənəvi mənbələrimizdən istifadə edib gələcəyimizi quracağıq.

Ümummilli liderimizin müdrik siyasəti nəticəsində müstəqillik illərində ölkəmizdə milli-mənəvi dəyərlərə qayıdış geniş vüsət aldı, xalqımızın mənəvi mədəniyyətində yeni intibah dövrü başlandı. İnsan vətəndaş hüquq azadlıqlarına, xüsusilə vicdan dini etiqad azadlığının, milli-mənəvi dəyərlərin qorunmasına, gənclərin bu dəyərlərə sadiq, sədaqətli, vətənpərvər ruhda tərbiyə olunmasına böyük önəm verildi.

Xalqımızın əsrlər boyu formalaşdırdığı əxlaqi dəyərləri, adət-ənənələri, mentalitetini azərbaycançılığın əsas atributlarından biri kimi yüksək dəyərləndirən ulu öndər çıxışlarının birində demişdir: "Moskvadan gələn nümayəndələr gedib bizim şəhərləri, kəndləri gəzirlər, gəlib mənə təəccüblə deyirlər ki, biz gedən yerdə 10-15