İşğaldan azad edilən torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ərzaq təhlükəsizliyimizin təmin edilməsinə böyük töhfə verəcək
Azərbaycan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi üzrə hesabata əsasən, ardıcıl olaraq mövqeyini yaxşılaşdıran ölkələrin siyahısında yer alır. Dünyada baş verən müxtəlif qlobal böhran və məhəlli münaqişələr, ilk növbədə, əhalinin zəruri və sağlam qida məhsulları ilə təminatı məsələsini qarşıya qoydu. Bu, həm beynəlxalq, həm də lokal səviyyədə qida təchizatı zəncirinin zəifləməsi və bəzi hallarda qırılması kimi ciddi təhlükələrlə özünü göstərdi.
Lakin ölkəmizdə aparılan iqtisadi siyasətin nəticəsində bu sahədə də dayanıqlı inkişafa nail olundu. Görülən kompleks tədbirlər nəticəsində ərzaq təhlükəsizliyinin təmini sahəsində ciddi nailiyyətlər əldə edilib. Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilən torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ərzaq təhlükəsizliyimizin təmin edilməsinə böyük töhfə verəcək və özünütəminetmə səviyyəsini də yaxşılaşdıracaq.
Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün imkanlar yaradıb. Bölgənin münbit torpaqları taxıl, tərəvəz və meyvə istehsalını artıracaq, heyvandarlığın inkişafına təkan verəcək. Hazırda azad olunmuş ərazilərdə həyata keçirilən mühüm infrastruktur layihələri kənd təsərrüfatının inkişafına da dəstək olacaq. Aqrar emal müəssisələrinin inşası bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu baxımdan, qarşıdakı illər üçün əsas məqsədlərdən biri də məhz işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır.
Bununla yanaşı, aqrobiznes sahəsində torpaq sahələrindən və su resurslarından effektiv istifadə olunması, əlavə dəyər yaradacaq istehsal sahələrinin qurulması, o cümlədən aqrar sektorda emalın dərinləşməsi, ixrac imkanlarının artırılması və yeni ixrac kanallarının tapılması, müasir texnologiyaların tətbiqi və elmi yanaşma, dövlət-özəl tərəfdaşlığı imkanlarından istifadə, fermerlərin, sahibkarların maarifləndirilməsi işinin daha da genişləndirilməsi ilə milli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi sayəsində ərzaq təhlükəsizliyinin təmin olunması əsas çağırışlardan hesab olunur. Mütəxəssislər deyirlər ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində kənd təsərrüfatının böyük potensialı hesabına Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi mümkündür. Çünki bu yerlərin təbiəti, landşaft örtüyü, torpaqları, iqlim şəraiti, su təminatı, coğrafi mövqeyi kənd təsərrüfatının inkişafı üçün çox əlverişlidir. İşğaldan azad edilmiş Qarabağ əraziləri təxminən 11 min kvadratkilometri əhatə edir. Qeyri neft-qaz sektorunun inkişafı üçün bu ərazilərdə geniş potensial var. İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı daha çox kənd təsərrüfatı ilə bağlıdır. Bu torpaqların dirçəldilməsi və inkişaf etdirilməsi hazırkı dövrdə Azərbaycan dövləti qarşısında dayanan ən mühüm strateji vəzifədir.
İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı ilə də bağlı dövlət başçısı tərəfindən hökumətə tapşırıqlar verilmişdir: "Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bəri başdan prioritetlər seçməlidir. İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir? Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var". Aqrar sahə üzrə ekspertlər deyirlər ki, işğaldan azad edilən ərazilərin relyefi, iqlim şərtləri və digər təbii imkanları nəzərə alınmaqla bu bölgədə kənd təsərrüfatının prioritet istiqamətlərini müəyyənləşdirmək mümkündür. Məsələn, Cəbrayıl rayonunda heyvandarlıq, üzümçülük və baramaçılıq, Ağdam rayonunda heyvandarlıq, pambıqçılıq, taxılçılıq, Kəlbəcər rayonunda heyvandarlıq, kartofçuluq, tərəvəzçilik, meyvəçilik, arıçılıq, Laçın rayonunda heyvandarlıq, taxılçılıq, bağçılıq, tərəvəzçilik, Qubadlı rayonunda heyvandarlıq, taxılçılıq, arıçılıq, baramaçılıq, üzümçülük, Füzuli rayonunda taxılçılıq, qoyunçuluq, bitkiçilik, Xocavənd rayonunda heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, Zəngilan rayonunda heyvandarlıq, tütünçülük, taxılçılıq, üzümçülük,