"Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın humanizm dəyərlərinə necə hörmət etdiyi bir daha bütün dünyaya nümayiş olunub.
Politoloq Samir Hümbətov bu məsələyə öz fikirlərini bildirib: "Azərbaycan İkinci Qarabağ müharibəsində və postmüharibə mərhələsində keçirilən əməliyyatlar və antiterror tədbirləri zamanı humanizm məsələlərinə xüsusi diqqət yetirmiş və insan amilini önə çəkmişdir. Yəni Ermənistandan və Qarabağdakı separatçı ünsürlərdən fərqli olaraq, Azərbaycan keçirdiyi bütün tədbirlər zamanı o qədər həssaslıq göstərmişdir ki, orada dinc sakinlərə hər hansı bir zərər yetirilməmişdir. Beynəlxalq təşkilatların və xüsusilə də BMT missiyasının Azərbaycanın Qarabağ bölgəsinə səfəri zamanı müşahidə olunan mənzərə onu deməyə əsas verdi ki, həqiqətən də Azərbaycan bölgədə apardığı antiterror tədbirlərində insan amilini ön planda saxlamışdır.
Azərbaycanın humanizm prinsipinə sadiq qalması dünya üçün bir örnəkdir. Bu gün dünyanın müxtəlif bölgələrində hərbi toqquşmalar, müharibələr, qanlı döyüşlər, savaşlar gedir. HƏmas-İsrail arasında baş verən müharibə buna nümunə ola bilər. Körpə uşaqların başı kəsildi, dinc insanlar qətlə yetirildi. Bütün bu baş verənlərin fonunda Azərbaycanın humanist ideyalara sadiq ölkə olduğunu görürük. İkinci Qarabağ müharibəsində, lokal tədbirlərdə müharibə qanunlarına əməl etməklə, Azərbaycan bu missiyanı uğurla yerinə yetirdi. Bunlar çox önəmli amillərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev verdiyi tapşırıqlar zamanı bu amillərə xüsusi diqqət yetirir və nəticədə istər Azərbaycan, istərsə də digər ölkənin vətəndaşları Azərbaycanın həyata keçirdiyi tədbirlər zamanı zərər görmür. Mülki insanların və mülki infrastrukturun qorunmasına xüsusi diqqət yetirilir".
Samir Hümbətov,
politoloq.