Azərbaycanı güclü və müasir dövlətə çevirən şəxsiyyət
Siyasət

Azərbaycanı güclü və müasir dövlətə çevirən şəxsiyyət

Bəşəriyyətin mövcudluq tarixi təsdiq edir ki, lider amili hər bir xalqın vahid məqsədlər naminə birləşməsi, tərəqqisi gələcək hədəflərə doğru inamla addımlamasında müstəsna rola malikdir. Tarixən güclü şəxsiyyətlər yetişdirmiş xalqlar bütün çətinliklərdən əzmlə çıxaraq yaratdıqları dövlətin hərtərəfli inkişafına, dünya arenasında özünəlayiq yer tutmasına nail olmuşlar. Belə liderlər insanları mütərrəqqi ideya məqsədlər ətrafında səfərbər edərək dövlətin gələcək inkişaf yönümünü müəyyənləşdirmişlər.

Bu prizmadan yanaşma Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən qüdrətli, böyük şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin çağdaş tariximizdəki yeri rolunu parlaq şəkildə üzə çıxarır. Anadan olmasının 100- ildönümü ilə əlaqədar təkcə Azərbaycanda deyil, digər ölkələrdə anım tədbirləri keçirilən, əziz xatirəsi ehtiramla yad edilən ümummilli lider Heydər Əliyevin yarım əsrlik dövlətçilik fəaliyyətinin hər bir mərhələsi xalqa layiqli xidmət nümunələri ilə zəngindir. Ulu öndər tarixin ən mürəkkəb, çətin dönəmlərində respublikaya rəhbərlik etməsinə baxmayaraq, milli maraqları önə çəkən vətənpərvər qərarları, qətiyyətli addımları ilə xalqının böyük sevgisini qazanmışdır

Müstəqil Azərbaycan dövlətinin xilaskarı, qurucusu olaraq ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev dühasının misilsiz tarixi xidmətləri bu gün hər bir azərbaycanlı tərəfindən etiraf edilir yüksək dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli "Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamında ümummilli liderin çağdaş tariximizdəki müstəsna yeri rolu xüsusi vurğulanır: "Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir".

Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində formalaşdırdığı möhkəm iqtisadi zəmin üzərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ilk illərdə üzləşdiyi problemlər hüquqi demokratik dövlət quruculuğu prosesində ciddi sipərə çevrilmişdi. Çoxluğun etimad göstərdiyi təcrübəli komandanın olmaması, iqtisadi, siyasi tənəzzülün dərinləşməsi, qanunsuz silahlı birləşmələrin dövlətçiliyə qarşı yaratdığı təhdidlər, etnik zəmində separatçılıq meyilləri digər köklü problemlər respublikanı vətəndaş qarşıdurması həddinə çatdırmışdı. Belə ağır mürəkkəb şəraitdə xalqının səsinə səs verərək yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev siyasi qətiyyəti, əzmkarlığı, müdrik qərarları sayəsində 1993-1995-ci illərdə ölkəni vətəndaş qarşıdurmasından, xaos parçalanma təhlükəsindən xilas etmiş, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına nail olaraq milli inkişaf modelinin reallaşdırılmasına başlamışdır.

Yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun olaraq azad bazar iqtisadiyyatı, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində inamlı addımlar atan ulu öndər Heydər Əliyev dayanıqlı milli inkişaf baxımından müstəqil respublikamızın ilk Milli Konstitusiyasının hazırlanmasını da vacib sayırdı. Böyük strateqin rəhbərliyi ilə mütərəqqi beynəlxalq təcrübə əsasında hazırlanan, 1995-ci il noyabrın 12- keçirilmiş referendumda qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası təkcə iqtisadi-siyasi deyil, hüquq islahatlarının da konseptual əsaslarını özündə ehtiva etmişdir. Konstitusiya insan-vətəndaş hüquq azadlıqlarının təminatını dövlətin ali məqsədi - qanunverici, icra məhkəmə hakimiyyətinin ümdə vəzifəsi olaraq müəyyənləşdirmişdir.

Konstitusiyanın qəbulundan sonra ölkədə müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, Əsas Qanunun bir sıra müddəaları əsasında üçpilləli məhkəmə hakimiyyətinin yaradılması müstəqil fəaliyyəti təmin edilmişdir. Mütərəqqi dünya təcrübəsi əsasında yaradılmış birinci instansiya, apellyasiya kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi ölkəmizdə insan vətəndaş hüquq-azadlıqlarının müdafiəsinə etibarlı təminat mexanizmləri formalaşdırmışdır. Bu məhkəmə sisteminin üstünlüyü ondadır ki, birinci məhkəmə instansiyasında baxılmış işlər hüquqa fakta görə a