Azərbaycan qadınının uğurları Heydər Əliyevin dövlət siyasətinin nəticəsidir
Siyasət

Azərbaycan qadınının uğurları Heydər Əliyevin dövlət siyasətinin nəticəsidir

Ömrünü xalqına dövlətinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev fitri istedadı, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, qorxmazlığı, güclü iradəsi, böyük dövlətçilik təcrübəsi ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək sabitlik, iqtisadi inkişaf, tərəqqi yoluna çıxarmış bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlini qoymuşdur. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmət bəsləmiş, onlara yüksək diqqət qayğı ilə yanaşmış ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoymuşdur.

Hələ 1969-cu ildə Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etməyə başladığı vaxtdan etibarən qadınların yüksək rəhbər vəzifələrə təyin olunmasına şərait yaratmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan tarixində ilk dəfə olaraq ümummilli liderimiz tərəfindən ali məktəblərə qadın rektorlar təyin edilmişdir. Eyni zamanda dahi Heydər Əliyev qadınların zəhmətini fəaliyyətini yüksək dəyərləndirmiş, mütəmadi olaraq fəaliyyətində fərqlənən qadınları fəxri adlarla təltif etmişdir.

1993- ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndərimiz qadınların cəmiyyətdə rolunun artırılması, dövlət idarəçiliyində iştirakı, kişilərlə bərabər hüquqlara malik olması kimi məsələləri ümumilikdə dövlət qadın siyasətinin gücləndirilməsini prioritet hədəflər olaraq qarşıya qoymuşdur. Bu istiqamətdə ümummilli liderimiz tərəfindən bütün lazımi şərait yaradılmış, sistemli kompleks tədbirlər həyata keçirilmiş, fərman sərəncamlar imzalanmış ölkəmiz bir sıra beynəlxalq konvensiyalara üzv olmuşdur. Azərbaycan 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə Konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur.  

Ulu öndərimiz Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin hüquqi bazasının genişləndirilməsi təkmilləşdirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Belə ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda qadınların hüquq bərabərliyi ən yüksək səviyyədə öz əksini tapmışdır. Həmçinin 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Sərəncam, 2000-ci ildə "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" 289 saylı Fərman imzalanmışdır.

Həmin dövrlərdə ümummilli liderimizin dövlət qadın siyasətilə bağlı diqqətdə saxladığı əsas məsələlərdən biri Azərbaycan qadınlarının dünya miqyasında, beynəlxalq platformalarda təmsil olunması idi. Bu istiqamətdə 1994- il sentyabrın 19-da ulu öndərimiz Heydər Əliyev tərəfindən "Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" Fərman imzalandı. Fərmana əsasən, 1995-ci ildə Pekin şəhərində keçiriləcək konfransa ciddi hazırlıq işləri başlandı. Nəticədə Pekində keçirilən Qadınların IV Ümumdünya Konfransında Azərbaycan qadınları ən yüksək səviyyədə təmsil olundu ilk dəfə olaraq Azərbaycanın qadın nümayəndəsi beynəlxalq konfransda həmsədr olaraq seçildi. Xalqımızın dühası Heydər Əliyevin səyi nətiəcəsində əldə olunmuş bu uğur müasir qadın hərəkatına təkan oldu.

Ölkəmizdə qadınların fəallığının artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri dahi Heydər Əliyevin dəstəyi əsasında qadın qurultaylarının keçirilməsi idi. 5 ildən bir keçirilən qurultaylar Azərbaycanda qadın hərəkatı tarixində yeni inkişaf səhifəsinin başlanğıcı oldu. Azərbaycan Respublikası Qadınlarının I Qurultayında iştirak edən ulu öndər Heydər Əliyev qadınlar haqqında bu fikirləri səsləndirmişdir: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir heç vaxt bu zəhmətdən inciməmişdir".

Bu fikirlər bir daha Heydər Əliyev dühasının Azərbaycan qadınına onun zəhmətinə necə yüksək dəyər verməsinin göstəricisidir.

Dahi şəxsiyyət Heydər Əliyevin qadınların rolunun artırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biri böyük öndərin<