2022-ci il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub
Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrindən biri də yaşayış məskənlərimizdə bərpa-yenidənqurma işlərinə dərhal başlamaq idi. Bunun üçün güclü iqtisadiyyatın olması başlıca şərtlərdən biridir.
Erməni separatçıları 30 il ərzində yurd-yuvalarımızı işğal altında saxlamaqla yanaşı, həm də bu torpaqlarda soyğunçuluq və talanla məşğul olmuş, hər şeyi yararsız hala salmışdır. Bu səbəbdən Laçın, Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli və Qubadlının kənd və şəhərləri dövlət başçısının tapşırığı ilə demək olar ki, yenidən qurulur. Necə ki, qısa zaman kəsiyində düşmən üzərində dünyanı heyrətə salan qələbə qazanmışdıqsa, eləcə də həmin sürətlə üç ildən az bir müddət keçməsinə baxmayaraq, Böyük Qayıdış Konsepsiyası çərçivəsində keçmiş məcburi köçkünlərimizin bir qismi el-obalarına geri qaytarılmışdır. Ölkə başçısı İlham Əliyev hər zaman bildirmişdir ki, dövlət xərclərinin də əsas istiqaməti bu sahəyə Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəlməsi üçün ayrılacaqdır.
2022-ci il mayın 27-də Azərbaycan tarixi üçün daha bir əlamətdar hadisə baş vermişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etmişdir. 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilan rayonu və ona daxil olan kəndlər 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuşdur. Zəngilan rayonunun inzibati ərazisinə aid olan Ağalı kəndi "Ağıllı kənd" layihəsi çərçivəsində yerli və xarici şirkətlərin fəaliyyəti sayəsində dünyanın müasir standartlarına cavab verən yaşayış məskəni kimi qurulmuşdur. Böyük Qayıdış Konsepasiyasına da məhz ilk dəfə burada başlanılıb.
2022-ci ildə Müstəqillik Günü ərəfəsində belə bir mötəbər layihənin açılış mərasiminin baş tutması təqdirəlayiq hal kimi yaddaşlarda qalıb. Prezident İlham Əliyev kənd sakinləri ilə görüşündə bu məsələyə diqqət çəkərək bildirmişdi: "Əziz dostlar, ilk növbədə, sizi qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edirəm. Sizə və bütün Azərbaycan xalqına daim rifah, xoşbəxtlik arzulayıram. Müstəqillik Günü ərəfəsində biz sizinlə görüşürük, Ağalı kəndində, dirçələn Ağalı kəndində. Bunun çox böyük rəmzi mənası var. Çünki Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmlənməsindən asılı idi. Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan ümumiyyətlə görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir".
Prezident İlham Əliyev Ağalı kəndində xalqa müraciətində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ərəfədə ermənilərin təcavüzkar əməllərindən söhbət açmışdır. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra yenidən torpaqlarımıza hücum edən ermənilər ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər 20 faiz torpağımızı işğal etmiş, 1 milyondan çox soydaşımızı doğma dədə-baba torpaqlarından qovmuşdu. Həmin dövrdə işğalın genişlənməsinin qarşısını almaq məqsədilə ulu öndərin təşəbbüsü ilə atəşkəs əldə edilmişdi. Bu addım Milli Ordumuzun güclənməsi üçün xeyli faydalı olmuşdur. Bunun nəticəsində Ali Baş Komandanın rəhbərliyi ilə 30 ildən sonra rəşadətli ordumuz möhtəşəm Zəfər əldə etmişdir. Bir vaxtlar iqtisadi gücünə görə MDB məkanında ən geridə olan Azərbaycan hazırda Cənubi Qafqazda lider dövlətə çevrilib. Prezident İlham Əliyevin Qarabağ məsələsində əldə etdiyi uğur, ölkəmizin nüfuzunu xeyli artırmışdır. Vətən müharibəsindəki Zəfərimiz isə Azərbaycanın adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırıb.
"Ağıllı texnologiyalar" ilə salınan kənddə yaşamaq üçün zəruri olan məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərir. 200 evdən ibarət olan kənd əhalisinin çox olması nəzərə alınaraq dövlət başçısının tapşırığı ilə sonra da