ABŞ Dövlət Departamentinin mayın 15-də yaydığı "2022-ci ildə Beynəlxalq Din Azadlığı" sənədində qeyd olunub ki, dini etiqad və ya inanc təcrübələrinə görə həbslər, məhkəmə qərarları, basqılar Azərbaycanda dini azadlıqların kobud şəkildə pozulduğunu deməyə əsas verir. Həmçinin yazıda vurğulanıb ki, ötən il Azərbaycanda heç bir qeyri-müsəlman icması qeydiyyatdan keçirilməyib. Üstəlik, guya 2021-ci ilin sonunadək ölkəmizdə dini inancına görə 22 nəfər həbs olunub.
Təbii ki, reallıqla daban-dabana zidd olan bu bəyanat ölkəmizdə birmənalı qarşılanmayıb. Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair illik hesabatına etiraz edib, əks bəyanat yayıb.
Sənəddə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 16-da imzaladığı "Dini etiqad azadlığı haqqında" qanun bir daha göstərir ki, ölkəmiz bu istiqamətə xüsusi önəm verir. Azərbaycanda multikulturalizmin və multikonfessional icmaların mövcud olması, eyni zamanda Azərbaycan Respublikasında rus və gürcü pravoslav kilsələri, erməni apostol kilsəsi, Yeddinci günün adventistləri, Molokan kilsəsi, Roma katolik kilsəsi, Yevangelistlər, Baptistlər və Yehovanın şahidləri, yəhudilərin və bəhailərin sinaqoqları, məbədləri və digər dini evlərin fəaliyyət göstərməsi də bunu sübut edir. QHT-lərin yaydığı sənəddə Azərbaycanda tolerant multikultural cəmiyyətin qurulduğu da vurğulanıb:
"Biz yəhudilər, xristianlar və digər dini azlıqlarla münasibətlərimizdən qürur duyuruq, çünki onlar bizim dini azadlıqlara sadiqliyimizə sübutdur. Bununla belə, biz vətəndaşlarımızı dindən öz çirkin niyyətləri üçün pərdə kimi sui-istifadə edənlərdən qorumaq əzmimizdə qalırıq. Həyat yolunu seçmək, azadlığımızı əlimizdən almaq istəyənlərlə mübarizə haqqımızı müdafiə edəcəyik".
Qərbi Azərbaycan İcması da Birləşmiş Ştatların Dövlət Departamentinin anti-Azərbaycan xarakterli bəyanatına cavab verib. İcmanın yaydığı sənəddə qeyd olunub ki, Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamenti nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir.
Əlbəttə, istər QHT-lərin, istər Qərbi Azərbaycan İcmasının yaydığı cavab sənədi ABŞ Dövlət Departamentinin qərəzli bəyanatını açıq şəkildə ifşa edir. Bununla belə, bu sənədin mahiyyətsizliyini dərk etmək üçün necə və kimlər tərəfindən hazırlandığını da bilmək lazım gəlir. İlk növbədə, Dövlət Departamentinin sözügedən hesabatında sadəcə ABŞ-ın Kornel Universitetinə istinad edilib. Burada isə "Ümumerməni Xeyriyyə İttifaqı", "Aragats Fondu" kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyanın yazdıqları əsas götürülüb. Üstəlik, sözügedən hesabatda bəzi məqamların araşdırılmadığı, müstəqil olmayan və ənənəvi olaraq Azərbaycan əleyhinə məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu isə sənədlərin obyektivliyinə ciddi xələl gətirir.
Ötən il qeydiyyatdan keçmək üçün Dini İşlər üzrə Dövlət Komitəsinə müraciət etmiş bütün xristian dini icmalar dövlət qeydiyyatına alınıb. Həmçinin Dövlət Komitəsi tərəfindən ölkədəki dini konfessiyaların nümayəndələrinə qeydiyyatdan keçmək üçün tövsiyələr verilib. Bölgələrdə 50 nəfərdən az üzvü olan xristian icmalara isə öz əqidədaşlarının qeydiyyatdan keçmiş icmaları ətrafında birləşmələri və sərbəst fəaliyyət göstərmələri bildirilib.
Yehovanın şahidlərindən (dini əqidəsini əsas gətirərək hərbi xidmətdən imtina edən şəxslərin birləşdiyi icma) olan şəxslərin hərbi xidmətə cəlb edilməsi məsələsinə gəlincə, Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinə görə vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda bu xidmətin alternativ xidmətlə əvəz olunması təsbit edilib. Lakin