Bəzi ölkələr ikili standartlardan əl çəkə bilmirlər
Siyasət

Bəzi ölkələr ikili standartlardan əl çəkə bilmirlər

Dünyanın qabaqcıl dövlətləri sayılan, demokratiyanın beşiyi kimi təqdim edilən ölkələr var ki, hamıya düzgün yaşam ədalət dərsi vermək istəyirlər. Lakin özləri əksər hallarda inkişafda olan ölkələrə münasibətdə ikili standartlar girdabından çıxa bilmirlər. Bəzən isə subyektiv hisslərə dalıb beynəlxalq hüquq, humanizm prinsiplərinə tamamilə zidd, "bu doğma, bu isə ögeydir" anlayışıyla hərəkət edirlər.

Təəssüflər olsun ki, Azərbaycan da dəfələrlə özlərini "demokratiya carçısı" elan edən bu ölkələrin ikili standart siyasəti ilə üzləşib. Azərbaycan illər boyu guya demokratik ideyaların qoruyucusu olan dövlətlərin eləcə beynəlxalq hüquqi normalar əsasında fəaliyyət göstərən təşkilatların ədalətsizliyi ilə üz-üzə qalıb. Bunları konkret misallarla göstərsək, dediklərimizin adi söz deyil, fundamental tarixi faktlar olduğunu görərik.

Ötən əsrin 90- illərinin əvvəllərində Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildi, abad şəhər kəndlərimiz dağıdıldı, minlərlə vətəndaşımız evindən-eşiyindən didərgin düşüb məcburi köçkün statusu ilə yaşayası oldu. Amma problemin həll olunması məqsədilə fəaliyyət göstərən Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk qrupu həmsədr dövlətləri ABŞ, Rusiya Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirsələr , bunun təmin edilməsi üçün faktiki olaraq heç bir görmədilər təxminən 28 il davam edən sülh danışıqları nəticəsiz qaldı.

1993- il ərzində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycanın ərazi toxunulmazlığı təsdiq olunmuş işğalçı qüvvələrin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələbləri irəli sürülmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları o dövrdə yerinə yetirilmədi. ancaq 2020-ci ilin sentyabrında Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirərək düşmənin işğalçı silahlı qüvvələrini məhv edib torpaqlarımızdan qovdu. Bununla da illərlə həll olunmamış qalan BMT qətnamələrinin müddəaları cəmi 44 günə reallaşdırıldı.

Azərbaycan ABŞ kimi böyük dövlətin qərəzli mövqeyi ilə rastlaşıb. Məsələn, 1992-ci ilin fevral ayında ABŞ Dövlət Departamentinin o illərdəki rəhbəri Ceyms Baker Azərbaycanı ziyarət etmişdir. Burada onu ermənilərin törətdikləri bütün cinayətlərlə tanış etsələr o, Amerikaya qayıtdıqdan sonra Konqresdə çıxış edərkən "Dağlıq Qarabağdakı azlığın haqlarının qorunmadığı təqdirdə ABŞ-ın Azərbaycana köməklik etməyəcəyini" bildirmişdir. Ancaq Konqres dinləmələrində Xocalı hadisələrini törədənlər barəsində bircə kəlmə deyilməmişdir.

Sovet İttifaqının dağılmasından sonra ABŞ postsovet dövlətlərində demokratiya insan haqlarının inkişaf etdirilməsi üçün xüsusi bir qanun (Azadlığın dəstəklənməsi - Freedom Support Act) qəbul etmişdir. Bu qanuna görə, Azərbaycan da daxil olmaqla digər postsovet dövlətlərinə maliyyə iqtisadi köməklik ediləcəkdi. Ancaq erməni diasporunun ciddi fəaliyyəti nəticəsində ABŞ hökumətinin Azərbaycana rəsmi köməklik etməsi mümkün olmamışdı.

Avropa Parlamenti Azərbaycana münasibətdə davamlı olaraq kəskin ikili standartlı mövqe sərgiləyib. Bu təşkilatın qətnamələrində, bəzi deputatların hesabatlarında Azərbaycana qarşı qərəzli mövqe qabarıq şəkildə görünür.

30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüz minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə, on minlərlə günahsız insanın, o cümlədən uşaq, qadın ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin vəhşicəsinə məhv edilməsinə göz yuman Avropa Parlamentinin ölkəmizi "Hayastana hərbi təcavüz etməkdə" suçlaması ikili standartların bariz nümunəsidir.

Haçansa Minsk qrupunun (bu gün mövcud olmayan təşkilat) həmsədrlərindən biri olan Fransa dövlətinin son dövrlər Azərbaycana qarşı apardığı siyasət ikili standartın ən məkrli formasıdır.

Fransa Prezidenti Emmanuel Makron mütəmadi olaraq dövlət başçısı İlham Əliyevə telefon zəngi edir, sülh müqaviləsinin imzalanması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırıl