AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"ABC NEWS": Türkiyə Şuşada konsulluq açmağa hazırdır

"ABC news" xəbər saytı Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 44 günlük müharibə zamanı Azərbaycanın işğaldan azad etdiyi Şuşa şəhərində konsulluğun açılacağı barədə  fikirlərini dərc edib: "Biz konsulluğumuzu istədiyiniz zaman açmağa hazırıq". Bununla yanaşı, Cümhurbaşqanı Şuşadakı konsulluğun reallığa çevrilməsinin Ermənistan antitürk dairələrinə önəmli mesaj olacağını da qeyd edib. Xəbərdə əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşanın tarixi strateji əhəmiyyət kəsb etdiyi qeyd edilib.

 

"Dailysabah": Türkiyə Azərbaycan gələcək əlaqələri müzakirə ediblər

Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Azərbaycanda həmkarı İlham Əliyevlə görüşüb.

Bu barədə Türkiyənin "Dailysabah" saytı məlumat yayıb. Məqalədə qeyd olunub ki, Ərdoğan Şuşada konsulluğun Zəngəzur dəhlizinin yaradılması planlarından danışarkən, iki lider əlaqələri yüksək qiymətləndirib. Rəcəb Tayyib Ərdoğanı azərbaycanlı həmkarı İlham Əliyev çərşənbə axşamı Bakıda qarşılayıb. Ərdoğan mayın 28- Türkiyənin yüksək vəzifəsinə seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana edib.

Türkiyə Azərbaycan nümayəndə heyətləri arasında keçiriləcək görüşdən əvvəl Əliyevlə birgə mətbuat konfransında Ərdoğan Türkiyənin Şuşada konsulluğunu açmağı planlaşdırdığını bildirib: "Bu, bütün dünyaya, xüsusən Ermənistana fərqli mesaj olacaq".

Ərdoğan, həmçinin Zəngəzur dəhlizinin açılmasının Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. Prezident qeyd edib ki, Cənubi Qafqazda əsas Zəngəzur dəhlizinin quru yolunun yaradılması Türkiyə ilə Azərbaycan arasında daha möhkəm əlaqələr yaradacaq. O, Türkiyə-Azərbaycan universitetinin yaradılması istiqamətində işlərə başlandığını həmçinin enerji sahəsində əməkdaşlığı müzakirə etdiklərini deyib.

Sonda Ərdoğan Prezident İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib Türkiyə-Azərbaycan qardaşlığının dünyada nümunəvi olduğunu qeyd edib.

 

"BNN": Lukaşenko Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

"BNN" xəbər saytı Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə məktub ünvanlaması ilə bağlı xəbər yayımlayıb. Xəbərdə Lukaşenkonun Belarus ilə Azərbaycan arasında siyasi, iqtisadi humanitar sahələrdə inkişaf edən əməkdaşlıqdan məmnunluğu qeyd olunub. Belarus Prezidentinin İlham Əliyevə ünvanladığı məktubda Minsk ilə Bakının beynəlxalq müstəvidəki konstruktiv qarşılıqlı fəaliyyəti yer alıb. Yazıda Lukaşenkonun çoxillik dostluq ənənələrinə qarşılıqlı etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığının dərinləşəcəyinə əminliyi  vurğulanıb. Lukaşenko məktubunda iki ölkə arasındakı tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə hər iki xalqın rifahı naminə yeni, maraqlı təşəbbüslər irəli sürərək birgə layihələrin reallaşacağına ümid bəslədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, təbrik məktubu Belarus Respublikası ilə Azərbaycan Respublikası arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanlanıb.

 

"Caspian News":  Azərbaycanda Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi fəaliyyətə başlayıb

"Caspian News" xəbər saytı Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin Prezident İlham Əliyevin iştirakilə açılışı olması barədə xəbər yayımlayıb. Sözügedən yazıda bildirilir ki, Prezident İlham Əliyev Bakıdan 65 kilometr cənubda Xəzər dənizinin sahilində yerləşən ən böyük iqtisadi zonada inşa edilən infrastruktur layihələri ilə tanış olub. Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi Ələt qəsəbəsinin 60 hektarını əhatə edir. Burada iqtisadi zonanın səlahiyyətli orqanları, habelə investor gömrük işçiləri üçün ofisləri özündə birləşdirəcək ən müasir biznes mərkəzi yaradılıb.

Azad zonada qanuni fəaliyyət göstərən hüquqi şəxslərə milliləşdirmə, müsadirə tədbirləri ya xüsusi mülkiyyətə hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

Sərmayədarlar, səhmdarlar, azad zonanın rezidentləri hüquqi şəxslər öz işçiləri ilə yanaşı, sərbəst zonaya sərmayə qoya vəsaitləri məhdudiyyətsiz şəkildə  xaricə köçürə bilərlər. Onların da xarici valyutada işləmək əməliyyatlar aparmaq hüququ var.