O torpaqlarda ulu babalarımız yaşayıb
Digər xəbərlər

O torpaqlarda ulu babalarımız yaşayıb

Ermənilər dənizdən-dənizə "böyük Ermənistan" yaratmaq iddiasından heç vaxt əl çəkməmişlər. Haylar zaman-zaman Azərbaycan torpaqlarını işğal etmiş, onlar Rusiyanın müəyyən dairələrinin əlində Türkiyəyə, Azərbaycana digər türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilmişlər. Beynəlxalq qaydaları pozmaq azərbaycanlılara qarşı düşmənçilik mövqeyində durmaq Ermənistanda rəsmi dövlət səviyyəsinə qaldırılmışdır. Məlum olduğu kimi, erməni vandallarının Qərbi azərbaycanlılara qarşı təcavüzkarlıq hərəkatı 1905-1906 1918-1920-ci illərdə daha geniş vüsət almışdır.

Hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq Rusiya imperiyasının işğalçılıq planlarının tərkib hissəsi idi. İran Türkiyə sərhədlərində bufer xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq İrəvan xanlığının ərazilərinə digər azərbaycanlılar yaşayan münbit torpaqlara köçürdü.

İrəvan xanlığının işğalından sonra həmin ərazilərdə yeni - Rusiya idarəçilik sistemi yaradılmasına başlandı.

Qərbi Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin yerüstü yeraltı təbii sərvətləri ilə daim erməni şovinistlərinin diqqətini cəlb etmişdir. Müxtəlif vaxtlarda Qərbi Azərbaycan ərazilərinə basqınlar edən erməni quldurlarına qarşı xalqımız İrəvanda, Zəngəzurda, Göyçədə, Amasiyada, Vedidə, Dərələyəzdə, Zəngibasarda digər ərazilərdə ölüm-dirim mübarizəsi aparmış, hayların müqavimətini qırmağa çalışmışlar.

XVIII-XX əsrlərdə Qərbi Azərbaycana qarşı Rusiya onun Qafqazdakı əlaltısı Ermənistan tərəfindən aparılmış işğal siyasəti nəticəsində dəhşətli talanlar edilmiş, xalqımız kütləvi surətdə öldürülmüş, torpaqlarımız zəbt edilmişdir.

Qərbi Azərbaycana ermənilərin gəlməsi miladdan əvvəl VIII əsrdə Urartunun bu torpaqlara qarətçi basqınları ilə başlamışdır.

Terror, şantaj, separatçılıq yolunu seçmiş ermənilər onların faşist ideyalı Daşnaksütyun partiyası daim Qərbi Azərbaycan torpaqları azərbaycanlı əhalinin faciəsi hesabına öz mənfur məqsədlərinə nail olmuşlar.

Ermənilər Birinci Dünya müharibəsi dövründə fəallaşdılar. Daşnaksütyun partiyası tərəfindən hələ 1912-ci ildə yaradılmış "Erməni milli bürosu" müharibə dövründə ermənilərin Rusiya tərəfindən çıxış etməsi üçün geniş kampaniya başlatdı.

Erməni daşnakları 1918-ci ildə hərtərəfli hazırlığı olan nizami ordu ilə Qərbi Azərbaycandakı soydaşlarımızın üzərinə hücuma keçdilər. Bu işin təşkilatçısı erməni şovinist, qatı millətçi Stepan Şaumyan idi. Zəngəzurda, İrəvanda, Vedidə, Dərəçiçəkdə, Ağbabada haylar müsəlmanları amansızlıqla qətlə yetirdilər.

1918-ci ildə daşnaklar Novruz bayramı günlərində Göyçə mahalında qanlı cinayətlər törətdilər. Polkovnik Silikyan öz quldur dəstəsi ilə Göyçə gölünü qan dənizinə çevirdi. Şişqaya kəndinə daxil olan ermənilər azərbaycanlıların müqaviməti ilə üzləşdilər. Ermənilər hiyləyə əl atıb ortaya barışıq məsələsini atdılar. Bu xəyanət nəticəsində Şişqayanın yaşlı insanları mal tövləsinə dolduruldu. Sonra isə ermənilər silahı işə saldılar mal tövləsini qıfıllayıb, od vurdular. Burada kütləvi qırğın baş verdi, analoqu olmayan faciə törədildi.

Daha sonra erməni quldurları terror hadisələrini Basarkeçər rayonunun Kiçik Məzrə, Qamışlı, Subatan digər kəndlərində davam etdiriblər.

Silikyanın quldur dəstəsi Zod kəndində olarkən onlardan çox miqdarda ot, taxıl, ət tələb edirlər. Bu tələdən qurtarmaq üçün Səməd ağa ermənilərlə "razılığa" gəlir. Erməni "qonaqları" üçün məclis qurulur. Ermənilər içkinin təsirindən məst olur, əl açıb oynayırlar. Səməd ağanın göstərişi ilə qəflətən ermənilər tərk-silah olunur, onlardan bir nəfər olsun sağ qalmır.

Ermənilərin quldur dəstəsinin darmadağın edilməsi xəbəri Bakıda Stepan Şaumyanı şok vəziyyətinə salır.

1918-ci ildə ermənilərin törətdiyi qanlı qırğınlar Qərbi Azərbaycanın bütün mahallarını, o cümlədən Vedibasarı da bürümüşdü. Erməni faşizminə qarşı ilk dəfə özünümüdafiə batalyonu yaradan, adı Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan görkəmli sərkərdə Abbasqulu bəy Xanbaba oğlu Şadlinski dururdu.

1920-ci ilin yayında Naxçıvan erməni-daşnak birləşmələri tərəfindən işğal edilir