Azərbaycanda olan hadisələr
1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda Universitetinin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub.
1992 – Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr qurub.
Dünyada olan hadisələr
e.ə. 5509 – sonuncu Bizans təqvimi epoxasının başlanğıcı.
462 – Birinci Bizans indiksiya dövrəsinin mümkün başlanğıcı.
1257 – Fransada Sorbon Universitetinin əsası qoyulub.
1482 – Krım xanı I Məngli Gəray xanın qoşunları Kiyevi tutub məhv ediblər.
1581 – Yermak, Sibiri fəth etmək üçün 840 nəfərlik dəstə toplayıb.
1714 – Rusiyada ilk kitabxana yaradılıb.
1804 – Alman astronomu Karl Harding Yuno asteroidini kəşf edib.
1827 – Rusiyada kəndlilərin ali və orta təhsil müəssisələrinə qəbuluna qadağa qoyulub.
1846 – Sultanahmetdə Darülfünun binasının təməli qoyulub.
1858 – İlk transatlantik teleqraf kabeli bir aydan az istismar edildikdən sonra sıradan çıxıb.
1862 – Amerika Vətəndaş Müharibəsi: Şantilya Döyüşü, Federativ qüvvələr Şantilya, Virciniyada geri çəkilən İttifaq qoşularına hücum etmişlər.
1864 – Amerika Vətəndaş Müharibəsi: Federativ General Con Bell Hud Atlantanı (Corciya), General Şerman tərəfindən dörd aylıq mühasirədən sonra evakuasiya edib.
1868 – Qalatasaray liseyinin açılışı olub.
1870 – Fransa-Prussiya Müharibəsi: aransız ordusu Sedan döyüşündə məğlub olub, İmperator III Napoleon əsir alınıb.
1887 – Emil Berliner qrammofon qeydinin ixtirası üçün patent alıb.
1894 – Böyük Hinkli Yanğını: Hinklidə (Minnesota), meşə yanğını baş vermiş, 400-dən çox adam həlak olmuşdur.
1897 – Şimali Amerikada birinci yeraltı metro olan Boston metrosu açılıb.
1902 – Dünyanın ilk elmi-fantastik filmi olan "Aya Səyahət" (rejissor Georges Melies) Fransada yayımlanıb.
1906 – Belarus dilində ilk hüquqi qəzet olan "Nasha Dolya" Vilnoda nəşr olunub.
1919 – İndi Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu kimi tanınan dünyanın ilk Dövlət Film Məktəbi açılıb.
1920 – Livan dövləti yaranıb (Fransanın dəstəyi ilə).
1922 – Türk Qurtuluş Savaşı: Dumlupınar Döyüşü qazanıldıqdan sonra Mustafa Kamal Paşa əmr verib: Ordular! İlk təyinatınız Aralıq dənizidir. İrəli! Eyni gün Türk ordusu Yunanıstan tərəfindən işğal edilmiş Uşağa girib.
1923 – Böyük Kanto zəlzələsi Tokionu və Yokoxamanı yerlə-yeksan etmiş, təxminən 150.000-ə yaxın (bəzi mənbələrə görə 300.000) insan həlak olmuş, 40.000-ə yaxın isə itkin düşmüşdür.
1924 – Ankarada Ankara Dövlət Konservatoriyasının əsasını təşkil edən "Musiqi Müəllimlər Məktəbi" açılıb.
1924 – Azərbaycanlı milyonçu, xeyriyyəçi, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyev 101 yaşında vəfat edib.
1928 – Əhməd Zoqu Albaniyanı krallıq, özünü isə kral elan edib.
1932 – Peru-Kolumbiya müharibəsi başlayıb.
1938 – “Pravda” qəzetində ilk dəfə “Vətən uğrunda! Stalin uğrunda!" lozunqu dərc edilib.
1939 – Nasist Almaniyasının Polşaya hücum etməsilə II Dünya Müharibəsi başlamışdır.
1939 – İsveçrə öz hərbi qüvvələrini səfərbər etmiş, İsveçrə Parlamenti İsveçrə Ordusuna (yalnız müharibə və ya səfərbərlik şəraitində baş verən hadisə) başçılığı Henri Quizaya həvalə etmişdir.
1939 – Qara dəliklər haqqında ilk məqalə nəşr olunub.
1951 – Birləşmiş Ştatlar, Avstraliya və Yeni Zelandiya ANZUS Razılığı adlandırılan qarşılıqlı müdafiə sazişi imzalayıblar.
1951 – Londonda dünyada ilk supermarket açılıb.
1953 – Ankarada Anıtkabirin açılışı olub və Mustafa Kamal Atatürkün nəşi qoyulub.
1961 – Həmid İdris Avatenin Efiopiya polisinə atəş açmasıyla Eritreya Müstəqillik Müharibəsi rəsmən başlayıb.
1962 – İranda zəlzələdə 20000 nəfər həlak olub.
1964 – Hindistan neftayırma zavodlarının və Hindistan Neft Şirkətinin birləşməsi ilə Hindistan Neft Korporasiyası yaradılıb.
1964 – SSRİ-də ilk dəfə "Gecəniz xeyrə, uşaqlar!" (“Спокойной ночи, малыши!”) proqramı efirə gedib.
1969 – Muhammar Kaddafi Liviyada çevriliş yolu ilə rəhbərliyi ələ alıb (Əl-Fateh İnqilabı).
1970 – Dünyada ilk dəfə Nyu-Yorkda kompüterlə şahmat turniri keçirilib.
1971 – Qətər özünü müstəqil dövlət elan edib.
1972 – Reykyavikdə (İslandiya) amerikan Bobbi Fişer rus şahmatçı Boris Spasskiyə qalib gəliərək şahmat üzrə dünya çempionu olub.
1973 – Lenin movzoleyində terrorçu partlayıcı qurğunu işə salıb. Leninin sarkofaqı zərər görməyib, lakin terrorçu və iki ziyarətçi ölüb.
1974 – Kıbrısda Muratağa, Sandallar və Atlılar Qətliamı: 88 türk öldürülüb, yandırılıb və bir çuxura basdırılıb.
1974 – Fransız Roland Morenonun ixtira etdiyi çip kartlar satışa çıxıb.
1977 – SSRİ marşının yeni mətni təsdiq edilib, Stalin haqqında sözlər dəyişdirilib.
1979 – ABŞ Pioner 11 kosmik peyki Saturn üzərindən keçən ilk kosmik peyk olub.
1980 – Chun Doo Hvan, Çoi Kyu Hanın istefasından sonra, Cənubi Koreyanın prezidenti olub.
1981 – Mərkəzi Afrika Respublikasında qiyam nəticəsində prezident Devid Dakon hakimiyyətdən uzaqlaşdırılıb.
1982 – Birləşmiş Ştatlar Hava Qüvvələri Kosmik Komandanlığının əsası qoyulub.
1983 – Soyuq Müharibə: Koreyanın 007 Aviareysi (Boeing 747), kommersiya təyyarəsi Sovet hava məkanına daxil olanda, Sovet İttifaqı reaktiv qırıcısı (SU-15) tərəfindən vurulub. Təyyarədə olan ABŞ Konqresmeni Lorens MakDonald daxil olmaqla 269 nəfərin hamısı həlak olub.
1985 – Müştərək Amerikan Fransız ekspedisiyası Titanikin qəzaya uğradığı 3750 m dərinlikdəki yeri təyin edib və batan Titanikin qalıqlarını aşkar edib.
1985 – CNN International kanalı qurulub.
1991 – Özbəkistan Sovet İttifaqından müstəqilliyi elan edib.
1996 – Daniel Komen Rietidə (İtaliya) 3000 metr qaçışda dünya rekordunu yeniləyib.
1997 – Daha əvvəllər bilinməyən subatomik hissəciklər – "ekzotik mezonlar" aşkar edilib.
2001 – Ukraynada ölüm hökmü ləğv edilib.
2002 – Cənubi Koreyada, son 40 ilin ən şiddətli qasırğasında iki gündə təxminən 200-ə yaxın insan həyatını itirib.
2004 – Beslan faciəsi. Silahlı terroristlər Şimali Osetiyada Beslan şəhərində yüzlərlə məktəbli və böyükləri girov götürüb. 331 nəfər, o cümlədən 31 terrorçu və FTX əməkdaşı həlak olub.
2004 – Şimali Osetiyada məktəb basqını: Şimali Osetiyanın Beslan qəsəbəsindəki bir məktəbə radikal islamçı qrupların basqın etməsi ilə başlayan hadisələrdə 1200 nəfər girov götürüldü. Rus əsgərlərinin müdaxiləsi ilə 700 nəfər yaralandı və 344 nəfər öldü. Terror aksiyasısının təşkilatçılarının Aslan Məshədov və Şamil Basayev olduğu, habelə bütün xərcləri Əl-Qaidənin çəkdiyi müəyyən edildi.
2006 – Lüksemburq tam rəqəmli televiziya verilişinə addımı tamamlayan ilk ölkə olub.
2006 – İranın şimal-şərqindəki Məşhəd şəhərinə enən bir sərnişin təyyarəsinin alov alması nəticəsində ən az 29 nəfər həyatını itirib.
Bayramlar və xüsusi günlər
- Slovakiyada Konstitusiya Günü.
- Özbəkistanın Müstəqillik Günü.
Doğumlar
1286 – Elizabet Riçeza, Polşa Kraliçası (ö. 1335).
1651 – Natalia Narışkina, Rus kraliçası, Çar Aleksey Mixayloviçin ikinci arvadı, I Pyotrun anası (ö. 1694).
1653 – Yohann Paçelbel, Alman bəstəkarı (ö. 1706).
1823 – Alexander Shpakovsky, rus elektrik mühəndisi, fotoqrafiya, elektrik işıqlandırma və istilik mühəndisliyi sahəsində ixtiraçı (ö. 1881).
1854 – Engelbert Humperdinck, Alman bəstəkarı və dirijoru (ö. 1921).
1875 – Edgar Burroughs, Amerikalı yazıçı, Tarzan haqqında romanların müəllifi (ö. 1950).
1877 – Francis Aston, ingilis fizik, kimyaçı, kimya üzrə Nobel mükafatı laureatı (1922) (ö. 1945).
1896 – Bhaktivedanta Svami Prabhupada, hindistanlı dini lider və yazıçı, Krişna Şüuru Cəmiyyətinin qurucusu (ö. 1977).
1905 – Tamara Abakelia (vəfat 1953), gürcü sovet rəssamı, heykəltəraş.
1906 – Xoakin Balaqer, Dominikan Respublikasının Prezidenti (1960-1962, 1966-1978, 1986-1996) (ö. 2002).
1925 – Roy Qlauber, amerikalı fizik, fizika üzrə Nobel mükafatı laureatı (2005).
1936 – Valeri Leqasov, sovet kimyaçısı, akademik, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə komissiyanın üzvü (ö. 1988).
1940 – Yaşar Büyükanıt, Türk ordu generalı və TSK-nın 25-ci Baş Qərargah rəisi (ö. 2019).
1945 – Mustafa Balel, türk yazıçısı, dramaturq, tərcüməçi.
1946 – Roh Mu-Hyun, Cənubi Koreyanın Prezidenti.
1950 – Vahid Ələkbərov, azərbaycanlı milyarder, iqtisad elmləri doktoru, Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti.
1951 – Kazımağa Kərimov, Azərbaycanın Milli Qəhrəmanı (ö. 1992).
1953 – Əhməd şah Məsud, əfqan siyasətçisi və komandanı.
1962 – Ruud Qullit, hollandiyalı futbolçu, Avropa çempionu (1988).
1969 – Natiq Əhmədov, Azərbaycanın Milli Qəhrəmanı (ö. 1991).
1971 – Hakan Şükür, Türk futbolçusu.
1977 – Devid Albelda, İspaniya futbolçusu.
1978 – Maks Vieri, Avstraliya futbolçusu.