Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Bitkilər təkcə oksigen qaynağı deyilmiş...

İndiyə qədər  bitkilərin planetimiz üçün daha çox oksigen mənbəyi olduğunu zənn edirdik. Lakin  "ACS Applied Materials & Interfaces" akademik jurnalında dərc edilən yeni araşdırmaya görə, bitkilərdən həmçinin elektrik mənbəyi kimi istifadə etmək mümkündür. Belə ki, araşdırma zamanı məlum olub kibitkilər fotosintez prosesi zamanı həm   elektrik enerjisi istehsal edə bilir.

Məlum olduğu kimi, elektrikin əsasını elektronlar təşkil edir ki, onların hərəkəti sayəsində   elektrik enerjisi yaranır. Lakin elektronların işi təkcə bununla kifayətlənmir. Bütün canlıların vücudunda elektronlar dövr edir. Elə alimlər məhz bu məntiqlə yola çıxaraq karbon qazı ilə suyun işıqla birləşdikdə oksigen şəkərə çevrilməsi (fotosintez) zamanı elektron paylanmasını araşdırıblar. Nəticədə tədqiqatçılar bitkilərdən  bio-günəş batareyası kimi istifadə oluna biləcəyi qənaətinə gəliblər.

Tədqiqat zamanı buz çiçəyi bitkisindən istifadə edən elm adamları, yarpaqlardan birinə anod (dəmir) katod (platin) ucluq yerləşdiriblər. Məlum olub ki, sözügedən bitki fotosintez edərkən  0,28 Volt elektrik cərəyanı istehsal edə bilir. Əslində əldə edilən elektrik enerjisi hər hansı bir texnoloji qurğunu çalışdırmaq üçün kifayət qədər olmasa da, alimlər bunun yalnız bir yarpaqdan əldə edilən nəticə olduğunu deyirlər. Onların fikrincə, quraşdırdıqları qurğu bir neçə yarpağa təchiz edilərsə, yaranan gərginliklə bəzi texnoloji cihazları çalışdırmaq mümkündür. Hətta alimlər gələcəkdə  bu üsuldan istifadə edərək elektrikli avtomobillərin yalnız bitkilərin köməkliyi ilə şarj edilə biləcəyini iddia edirlər.

 

Həyatımızı asanlaşdıracaq ixtiralar

ABŞ-ın Northwestern Texas Universitetinin alimləri həyatımızı asanlaşdıracaq  iki yeni ixtiraya imza atıblar. İxtiralardan biri yaranı tez bir zamanda sağaldan "ağıllı sarğı", digəri isə gözlə görünə bilməyən  toz hissəciklərini  təmizləyən qurğudur.

Northwestern Universitetinin alimlərinin hazırladıqları "ağıllı sarğı" elektrodlardan, enerji toplama bobinindən sağalma prosesinə kömək edən sensorlardan ibarətdir. Heyvanlar üzərində aparılan sınaqlar zamanı  sarğının  hətta yarım saat ərzində yaranı sağalda biləcəyi təsbit edilib. Zədələnmiş nahiyəyə ötürülən elektronlar sayəsində dəri toxumasının daha tez yeniləndiyi, hüceyrələrin isə təxminən 30 faizdən çoxunun bərpa olunduğu müşahidə edilib. Yeni texnologiyanın yaxın zamanda  insanlar üzərində sınaqlarına başlanılması planlaşdırılır.

Texas Universitetinin tədqiqatçılarının isə ixtira etdikləri  təmizləyici qurğu gözlə görünə bilməyən toz hissəciklərinin səthə yapışmasının qarşısını ala bilir. Tədqiqatçılar  qurğunun hazırlanmasında  toz hissəciklərinin hər hansı bir səthə yapışmasını əngəlləyən nanoölçülü şəbəkələrdən istifadə ediblər. Sınaqlar zamanı təmizləmə prosesi bitdikdən sonra  səthə yapışan toz hissəciklərindən  98 faizinin kənarlaşdırıldığı müşahidə edilib. İnformasiyanı trthaber.com veb saytı yayıb.

 

NASA yeni nəsil skafandrını təqdim edib

ABŞ-ın Milli Aeronavtika Kosmos İdarəsi (NASA) "Artemis" missiyası çərçivəsində gələcək astronavtların Ay səthində tədqiqatları üçün nəzərdə tutulmuş yeni nəsil skafandrını (kosmik geyim) təqdim edib.

Geyim dəsti "Axiom Space" adlı özəl şirkət tərəfindən hazırlanıb. Yeni nəsil skafandr əvvəlki geyim modellərindən daha rahat hərəkət təminatı ilə fərqlənir. Məsələn, astronavt sözügedən skafandr daxilində daha komfortlu şəkildə hərəkət edə, əyilə diz üstə çökə bilər.

Bununla yanaşı, skafandra astronavtlara lazım olacaq müxtəlif növ cihazlar da yerləşdirilib. Dəstin dəbilqə hissəsinə yüksəkkeyfiyyətli kamera yerləşdirilib ki, bunun sayəsində görüntünü birbaşa Yer kürəsinə ötürmək mümkündür. Bundan əlavə, dəbilqə bir neçə ədəd fənərlə təchiz edilib. Skafandrın arxa hissəsində astronavtın həyat dəstəyi üçün nəzərdə tutulmuş bel çantası mövcuddur. Məlumata görə, sözügedən skafandr astronavtın ekstremal soyuq temperaturdan qorunmasını təmin edir.

Qeyd edək ki, skafandrın qara rəngli versiyası sadəcə effektli təqdimat